Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident bir qrup şəxsi təltif etdi - Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə, Hüseynov İsgəndər Rəşid oğlu, Nəbiyev Əlizamin Mirzəli oğlu, Şirəliyev Mübariz Məmmədəli oğlu və Vəliyev Fazil Adil oğlu 1-ci dərəcəli “Əmək” ordeni ilə, Abdullayev Fərman Muxtar oğlu, Aslanov Namiq Nəriman oğlu, Bağırova Ağgül Busad qızı, Cəfərov Sahib Calal oğlu, , Dadaşov İlqar Fariq oğlu, Məlikov Soltanpaşa Əziz oğlu, Məmmədov Əhmədağa Astan oğlu, Mustafayev Əlövsət Əmir oğlu, Nərimanov Elman Əkbər oğlu, Orucov Babək Nəcəfqulu oğlu, Orucov Valeh Qəşəm oğlu və Vəliyev Bəydabə Eldar oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə, Abdullayev Tahar Vəzir oğlu, Cumayev İmran Ələkbər oğlu, Əzimov Sadıx Bəhlul oğlu, Hüseynov Taleh Nurəddin oğlu, Quliyev Elxan Piri oğlu, Məmmədov Fərhad Əli oğlu, Məmmədov Məmmədxan Saleh oğlu, Yusifov Anar Müzəffər oğlu isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev daha bir sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə Bünyətov Yunis Heydər oğluna, “Əməkdar mühəndis”, Cəfərov Pərviz Əziz oğluna isə “Əməkdar jurnalist” fəxri adı verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar