Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub...

Bildirildi ki, filialda müxtəlif ölçülü 43 dəzgahda əsasən Ağstafa, QazaxTovuz rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalçaların çeşniləri əsasında xalçaların istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal, ləvazimat və alətlərlə təmin edilib. Burada 150 toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Toxucular Tovuz şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris-kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.

Diqqətə çatdırıldı ki, filialın xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, dünya mədəniyyətində xüsusi yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Əsrlərdən bəri müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət daşıyır.

Milli-mənəvi dəyərlərimizə həssas münasibət bəsləyən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində xalçaçılıq sənəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə bölgələrdə yaradılan xalçaçılıq müəssisələri bunun əyani sübutudur. (APA)

***

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar