Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezident Administrasiyasında struktur dəyişklikləri baş verə bilər”

Azər Rəşidoğlu: “Yayılan məlumatlara görə, nazirlik əməkdaşlarına və deputatlara paytaxtı tərk etmək qadağan edilib”

“Hazırda məni bir sual düşündürür: Elmar Məmmədyarov cənab Boltondan hansı mesajları gətirəcək? Hər kəs bu mesajları gözləyir. Birmənalı şəkildə qeyd edirəm ki, söhbət Qarabağdan getmir, Moskva ilə münasibətlərdən və İranla münasibətlərdən gedir”.

Bu fikirləri politoloq Azər Rəşidoğlu öz “Facebook” səhifəsində paylaşıb. Qeyd edib ki, E.Məmmədyarovun ABŞ-a səfəri əsnasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub.

“Bu görüşdə də söhbət İrana qarşı ABŞ-ın atacağı addımlardan getdi. Elə bu arada Gürcüstanda ara qarışdı və açıq anti-Rusiya ritorikasına keçildi. O da maraqlıdır ki, məlumatlara görə, İlham Əliyev Minskə səfərdən, Avropa Oyunlarında iştirakdan imtina edib. Yenə məlumatlara görə, nazirlik əməkdaşlarına və deputatlara paytaxtı tərk etmək qadağan edilib” – deyə Rəşidoğlu yazıb.

Politoloq struktur dəyişikliklərinin davam edəcəyini düşünür: “Zənnimcə, bir sıra nazirliklərdə ciddi dəyişikliklər baş verə bilər. Prezident Administrasiyasında da struktur dəyişkliyi ola bilər, yəni şöbələr yenidən formalaşdırla bilər. Bəzi şöbə rəhbərləri yalnız köməkçi qala bilər, yeni şöbə müdiri təyinatı da istisna edilmir”.

“Bu arada xaricdəki müxalif medianın susqunluğu maraq doğurur. Görünür, təlimat gözləyirlər” – siyasi şərhçi əlavə edib.(ayna)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar