Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: “11 ayda vergi və gömrük orqanları büdcəyə 934 milyon manat əlavə vəsait daxil edib”

“Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir”...

Bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Bu gün mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları plandan əlavə 934 milyon manat vəsaiti büdcəyə daxil ediblər. Bunu da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm də gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirilib, yeni rəhbərlər təyin edilib və beləliklə nəticə göz qabağındadır. Ona görə də struktur islahatları ilə bərabər kadr islahatları da aparılır. Cəmiyyət struktur islahatlarını yüksək qiymətləndirir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiq edilib. Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var. Ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc, peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər və ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab versin”, - deyə dövlət başçısı qeyd edib.

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar