Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Postkoronavirus dönəmi sosial münasibətlərə necə təsir edəcək?

Koronavirusun bütün dünyada yaratdığı iqtisadi və sosial problemlər pandemiyadan sonra yeni münasibətlərin yarancağından xəbər verir...

Sosioloq: “Məsələ olduqca mürəkkəbdir. Buna görə də sosial münasibətlərdə mütləq dəyişikliklər olacaq”.

“İqtisadi vəziyyət mənəvi, sosial faktorlara təsir edir. Buna görə də ölkədə mənəvi, sosial vəziyyətin gərginləşməsi gözlənilir”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu koronavirusdan sonra ölkələrin vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bir çoxlarına görə koronavirus pandemiyası bütün dünyada müəyyən siyasi və iqtisadi dəyişikliklərə səbəb olacaq. Məlumdur ki, bu virus dünya iqtisadiyyatına çox zərər vurur və vurmaqda da davam edir. Bir çox ölkələrin hökumətləri belə bir vəziyyətdə antiböhran tədbirləri görməyə başlayıb, bəziləri isə tezliklə başlayacaq. ABŞ-da prezident administrasiyası tərəfindən Kiçik Biznes Administrasiyasına koronavirusda əziyyət çəkən şirkətlərə kredit verməsini tapşırılıb. Bunun üçün prezident Tramp Konqressi kreditləşmə proqramına əlavə olaraq 50 milyard dollar artırmağı çağırıb. Tramp eyni zamanda Xəzinədarlıq Departamentini virusdan əziyət çəkən şəxslərin və şirkətlərin vergi ödənişlərini təxirə salmağa çağırıb. Eyni zamanda əmək haqqında tutulan vergiləri 0 dərəcəyə qədər azaldılmasını təklif edib.

Danimarkada ƏDV üzrə ödənişlərə möhlət veriləcək. Avstraliyada biznesin xilası üçün investisiya, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün vergi güzəşti və pensiyaçılar üçün güzəştlər veriləcək.

Çində və İtaliyada iqtisadiyyatın müdafiəsi üçün vergi güzəştləri tətbiq edilir. Britaniyada əhalinin həssas təbəqələri üçün vergi güzəştləri və kiçik biznes üçün ucuz kredit tətbiq edir və ƏDV-nin faiz dərəcəsinin azaldıması məsələsini müzakirə edir.

Rusiyada iqtisadiyyatın dəstəkənməsi üçün 300 milyard rubl dəyərində Antiböhran Fondunun yaradılması, biznes üçün vergi tətilləri və karatində olan şəxslər üçün ödənişli məzuniyyət nəzərdə tutulur. Dövlət şirkətləri 6 ay müddtinədək dividend ödəməsi təxirə salınacaq. Ukraynada vergi güzəştlərinin və tətillərinin tətbiqi barədə müzakirələr gedir və əhaliyə və sahibkarıq subyektlərinə kredit dəstəyi veriləcək.

Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatının da zərəri çoxdur. Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir.

Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb.

Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi, yoluxucu xəstəliyin nə vaxt aradan qaldırılacağı məlum deyil, ancaq xidmət və ticarət sektorunun bu vəziyyəti çox davam edə bilməz.

Bütün bunlar pandemiyadan sonra sosial münasibətlərdə dəyişikliklərin baş verməsindən xəbər verir. Bəs koronavirus epidemiyasından sonra sosial münasibətlərdə hansı dəyişikliklər baş verəcək? Xüsusən Azərbaycanda sosial münasibətlərdə dəyişikliyin olacağına ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Əhməd Qəşəmoğlu: “O ölkə qabaqda olacaq ki, həmin ölkə indidən koronavirusdan sonrakı dövr üçün vəziyyətin idarə olunmasına hazırlaşacaq proqramlar, təhlilər aparacaq və postpandemiya dönəminə hazır olacaq”.

Koronavirusdan sonra ölkələrin bir çoxunda problemlərin yaranacağını və iqtisadi dəyişikliklərin olacağını düşünən sosioloq PİA.az-a açıqlamasında bildirib ki, iqtisadi dəyişikliklər dərhal sosial dəyişikliklərə təkan verəcək:

“Məsələ olduqca mürəkkəbdir. Buna görə də sosial münasibətlərdə mütləq dəyişikliklər olacaq. Məlumdur ki, bir neçə müddətdir ki, ölkələr arasında iqtisadi münasibətlər və ümumiyyətlə əlaqələrin hamısı dayanıb.

Yer üzü elə bir vəziyyətə gəlib çatmışdı ki, bütün yer üzü vahid sistem kimi formalaşırdı. Yəni bütün dövlətlər bir-birinə bağlı idi. Azərbaycanda supermarketlərində Afrika meyvələrindən tutulmuş dünyanın hər yerində gələn mallara rast gəlmək olurdu. Buna görə də bir çox dövlətlərlə iqtisadi əlaqələrin kəsilməsi problemlər yaradıb.

Əhməd Qəşəmoğlu: “Prosseslərin hansı nəticələr doğuracağından danışmaq hələ tezdir və nəticələri proqnozlaşdırmaq da mümkün deyil”.

Bundan sonra ölkələrin bir çoxunda da problemlər yaranacaq. Bir çox ölkələrin iqtisadiyyatları çökəcək. Amma onu da qeyd edim ki, bir çox ölkələrin iqtisadiyyatı dirçələcək. Buna görə də iqtisadi münasibətlərdə dəyişikliklər vaş verəcək. İqtisadi dəyişikliklər də dərhal sosial dəyişikliklərə təkan verir.

Nərminə UMUDLU 

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

loading...

Ən çox oxunanalar