Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Poroşenkonun adı 13 cinayətdə çəkilir - Eks-prezident vətənə xəyanətdə ittiham olunur

Eks-prezidentin vətənə xəyanətə yol verib-vermədiyi araşdırılır...

Ukraynada müstəntiqlər keçmiş prezident Petro Poroşenkonun 2015-ci ildə Minsk razılaşmasını imzalayarkən vətənə xəyanətə yol verib-vermədiyini araşdırır. 13 bənddən ibarət bu yol xəritəsinin hədəfi Ukraynanın şərqindəki münaqişənin həllidir.

Dövlət Təhqiqat Bürosunun (DBR) sözçüsü Anzjelika Ivanova dekabrın 10-da "Azadlıq" radiosuna təsdiqləyib ki, “Poroshenko tərəfindən mümkün vətənə xəyanət”lə bağlı cinayət işi açılıb.

Minsk razılaşması 2015-ci ilin fevralında Belarusun paytaxtında Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri arasında bir gecəlik danışıqların nəticəsində əldə olunub. Sənəd 2014-cü ildə əldə olunmuş eyniadlı atəşkəs razılaşmasını canlandırmalıydı. Həmin ilin yayında Rusiya qüvvələri Ukraynanın şərqindəki separatçılara köməyə gedərək oranı zəbt edib, hücuma keçən Kiyev qüvvələrini geri oturdub.

Qəfildən Rusiya-separatçı birgə qüvvələrinin daha çox ərazi ələ keçirmək təhlükəsi yaranıb və Ukrayna, Rusiya və separatçılar arasında tələsik atəşkəs əldə olunub.

İkinci Minsk razılaşması cəbhə xəttindən ağır silahları çıxarmağa çağırır. ATƏT bu prosesi müşahidə edir. Digər maddələrdə isə məhbus mübadiləsi, Ukraynanın şərqində yerli seçkilər, döyüşçülərə amnistiya verməyi nəzərdə tutur.

Ancaq razılaşmanın dili, addımların ardıcıllığı qeyri-müəyyəndir. Məsələn, Kiyevin Rusiyayla sərhədlərinə nəzarəti nə vaxt ələ alacağı qarışıq mətnlə verilib.

Dekabrın 9-da Parisdə Ukrayna, Fransa, Almaniya liderləri ilə dördtərəfli danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, Minsk razılaşmasını icra etməyin alternativi yoxdur. Hazırda DBR-də Poroşenkonun adı keçən azı 13 cinayət işi var, ya şübhəli, ya şahid, ya da maraqlı tərəf kimi adı hallanır. Postsovet Ukraynasının 5-ci prezidenti, hazırda parlament üzvü olan Poroşenko deyib ki, bu işlər “bu gün Ukraynada xərçəng şişi kimi yayılmağa çalışan revanşizmin canlı təsdiqi”dir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay