Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Porno sektoru atmosferə Belçika qədər karbon qazı buraxır - Ekoloji problem...

Araşdırmaçılar bildirir ki, rəqəmsal sahələrin qlobal emissiyalarını azaltmaq üçün işlərə başlanılmalıdır...

Phoebe Weston
“The Independent” qəzeti, ABŞ, 14 iyul 2019-cu il

Fransız təşkilatı olan “The Shift Project”-in yeni hesabatına görə, internet vasitəsilə yayımlanan pornoqrafiya Belçika ilə eyni səviyyədə karbon qazı buraxır.

Araşdırmaçılar qeyd edir ki, online videolar hər il 300 milyon ton karbon ifrazına səbəb olur və bunun 1/3-i pornoqrafik videolara görə buraxılır.

Kompüter modelləşdirmə üzrə mütəxəssis Maksim İfoy-Hessin rəhbərliyi ilə aparılan araşdırma göstərir ki, rəqəmsal texnologiyalar enerji istehlakını son 1 ildə 9% artırıb. Dünyadakı ümumi data axınının 60%-i də online videolardan gəlir.

Rəqəmsal sektorların qlobal emissiyalarını azaltmaq üçün təcili olaraq işlərə başlanılmalı olduğunu vurğulayan araşdırmaçılar, həmçinin, qeyd edirlər:

“Rəqəmsal texnologiyaların yaratdığı ekoloji təsirlər get-gedə artır. Bu, belə davam edə bilməz.”

Rəqəmsal texnologiyalar ümumi istixana qazlarının 4%-ni ifraz edir. Bu faiz sivil aviasiyanın səbəb olduğu emissiya nisbətindən belə böyükdür. Üstəlik, daha keyfiyyətli videolar əldə etmək üçün edilən həmlələr bu faizi daha da artırır. Sözügedən emissiyanın 2025-ci ilə qədər 2 qat yüksələcəyi düşünülür.

“New Scientist”-ə açıqlama verən Bristol Universitetindən Kris Prist məsələ ilə bağlı danışıb:

“Bu datalar göstərir ki, rəqəmsal sahədəki dizaynerlərin xidmətləri və onların yaratdığı təsirlər barədə diqqətlə düşünmək lazımdır. Məsələn, tez-tez yeni model elektron cihazlar almaq, cihazlardan çox istifadə etmək və hər yerdə yüksək keyfiyyətli internet tələb etmək kimi vərdişlərdən əl çəkmək lazımdır.”

Hesabatı yazanlar “Cisco” və “Sandvine” şirkətləri tərəfindən 2018-ci ildə yayımlanan digər hesabatları nəzərdən keçirərək qlobal videolar üzərində işləyiblər.

Videoların avtomatik açılmasının qarşısının alınmalı olduğunu bildirən araşdırmaçılar məsləhət görürlər ki, insanlar vacib olmadıqca videoları ən yüksək keyfiyyətdə göndərməsinlər. Buna görə də, daha aşağı keyfiyyət kifayət edərkən, “8K” kimi yüksək texnologiyalardan istifadə etməyə ehtiyac yoxdur.

Məsələ ilə bağlı verilən hesabatda qeyd edilir:

“İqlim dəyişikliyi və digər planet problemləri baxımından yanaşdıqda, məqsəd heç də “Netflix”-ə, “e-mail”-ə və yaxud da pornoqrafiyaya qarşı olmaq və ya onları müdafiə etmək deyil. Burada əsas çatdırmaq istədiyimiz fikir odur ki, dəyərli hesab olunan bir qaynaqdan istifadə edərkən, başqa dəyərli qaynaqları məhv edirik”.

Tərcümə PİA.az-ındır

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar