Çərşənbə axşamı, 10 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Pop mədəniyyəti”nin hökmranlığı - Qloballaşma dünya tək dövlətini yaradır...

Dünya tək dövlətli sistemə doğru gedir: 200-ə yaxın dövlət uzağı 50 il ərzində təkcə kağız üzərində dövlət hesab olunacaq...

Yusuf KAPLAN
“Yeni Şafak” qəzeti, Türkiyə, 16 senytabr 2019-cu il

Qloballaşma təxminən yarım əsr əvvəl milli dövlətlərin çöküşündən xəbər vermişdi. Kommunikasiya və nəqliyyat texnologiyasındakı inqlablar mədəni və intellektual sərhədlərin yox olmasına yol açıb.

Bu prosesi həm yaradan, həm də partladan iqtisadi qloballaşmadır. İqtisadi sinxronizasiya qeyri-rəsmi iqtisadiyyatları qeydə aldı. Əslində bu, o deməkdir ki, milli iqtisadiyyatlar dünya iqtisadiyyatını səhmana salan qlobal kapitalist qüvvələr tərəfindən nəzarətə götürülməlidir. Yəni bu məsələ iqtisadi azadlığın buxarlanması ilə bağlıdır.

İqtisadi azadlığın itirilməsi və iqtisadiyyatın qlobal iqtisadiyyatla sinxron hala gətirilməsi mədəni və intellektual azadlığı da təhlükəyə atır.

Qloballaşma dünya miqyasında tək qütblü bir mədəniyyəti yaymağa davam edir: Bunun adı popular mədəniyyətdir. Yəni Los-Ancelesdə istehsal olunan popular mədəniyyət sürətlə dünyaya yayılır və dünya mədəniyyətinə çevrilir.

Burada böyük bir ziddiyət var. Çünki qloballaşma bütün sərhədləri yox edib, daha geniş bir əhatəyə sahib olsa da, əslində, çox dayaz bir mədəniyyəti dünyaya yayaraq insan təfəkkürünü daraldır.

Yeni dünyanın astanasındayıq: hansı ki, bu, bağlılıq formalarının yox olduğu, kimliksiz, sərhədsiz bir dünyadır. Populyar mədəniyyətin mədəniyyəti məhv etdiyi bir dünyadan bəhs edirik.

Pop mədəniyyəti olduqca səthi, dayaz bir dünyadır. Burada daha çox saxta, dayaz və cazibədar bir mədəniyyət hökm sürür. Pop mədəniyyəti insanı özünə, dünyaya, dünyanın problemlərinə qarşı yadlaşdıran və sürət, həzz və cazibədarlığın köləsinə çevirən şiddətli bir dünyadır.

Bəşəriyyətin başına gəlmiş ən böyük fəlakət: Pop mədəniyyəti

Populyar mədəniyyət yeni nəslə bir mədəniyyət təqdim etmir. Əksinə bütün dünyaları yox edir: İnsanları pornoqrafiyanın başdan çıxarıcı və estetik olmayan dünyasına həbs edir.

Pop mədəniyyəti, həmçinin robotlar, texnoloji həzlər və rəqəmsal tanrılar yaradacaq və beləliklə də, insanın axırına çıxacaq. Los Ancelesdə istehsal olunan mədəniyyət təkcə musiqi ilə bağlı deyil. Eyni zamanda film və texnologiya ilə əlaqədardır.

Populyar mədəniyyətin 3 əsas növü də sürət, həzz və cazibədarlığa əsaslanan pornoqrafiyaya əsaslanır. Yəni insanın duyum və düşüncə qabiliyyətlərini itirməsinə yol açan bir mədəniyyətdir. Buna misal olaraq “Twitter” və “Instagram” kimi sosial media vasitələri. Sosial media o qədər də ciddiyə alınmır, xüsusilə də mühafizəkar siyasi qisimlər tərəfindən. Halbuki sosial media həyatımıza düşündüyümüzdən daha güclü şəkildə təsir edir.

Sürət, həzz və cazibə hər şeydən əvvəl düşüncəni və duyğuları tükədir, insanları ruhsuzlaşdırır. Tam da buna görə ağıl və qəlb kənarda qalır.

Nəhəng şirkətlər dövlətləri boğacaq

Bəşəriyyətin tək dünya dövlətinə doğru getdiyini qeyd etdim. Amma əslində, ortada heç dövlət də qalmayacaq. Nəhəng şirkətlər həyatımıza ciddi şəkildə müdaxilə edəcək.

Əslində, sərhədlərin ortadan qalxması nəticəsində yaranacaq təhlükələr akamedik və intellektual baxımdan tərsinə çevrilə bilər: İdealist cəmiyyətlər dünya təcrübəsini sürətlə mənimsəyə bilsə, bəşəriyyət tarixin axarını da dəyişdirə bilər.

Yəhudilərdən başqa bu profilə uyğun olan bir cəmiyyət görə bilmirəm. Qismən də müsəlmanları.

Əgər müsəlmanlar birlik ola bilsə, yəhudilər qədər olmasa da, bəşəriyyət üçün böyük addımlar ata bilərlər.

Amma bundan əminəm ki, pornoqrafik və paqan Qərb mədəniyyətinin dağıdıcı hücumları qarşısında konfutsiçilik, taoizm, buddizm, dzen və şintoizm mübarizə apara bilmədi və məğlub oldu və imperialist qərblilər təkcə İslamı məhv edə bilmədi.

Əgər yeni bir başlanğıc etmək istəyiriksə, nəzərə almalıyıq ki, bu dünyada yaşayan, amma bu dünyanı qəbul etməyən parlaq öncüllər yetişdirmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar