Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeonun təzadlarla dolu Qahirə çıxışı: Birləşmiş Ştatların Yaxın Şərq siyasətində dəyişən nədir?

Son iki onillikdə üç yüksək vəzifəli ABŞ rəsmisi Yaxın Şərqdəki ABŞ xarici siyasətinə dair fikirlərini ortaya qoymaq üçün Qahirəyə gedib

Hər dəfə onlar öz sələflərini tənqid edib və hər dəfə ortaya yaxşı nəticə qoymayıblar.

2005-ci ilin iyun ayında, ABŞ-ın İraqın işğal etməsindən iki il sonra dövlət katibi Kondoliza Rays Qahirədəki Amerika Universitetində çıxış edib. Səddam Hüseynin devrilməsi ərəb avtoritarlığının quruluşunda çat yaradıb və bu məqamda prezident Corc Buş özünü bölgənin azadlıq və demokratiyanın məşəlçisi olma iddiasına qapılıb. Rays Yaxın Şərqdə “azadlıq” və “demokratiya” haqqında uzun-uzadı danışıb və ABŞ-ın altmış il ərzində “demokratiya hesabına sabitlik” üçün dəstəyinin üzərindən xətt çəkib.

Buş administrasiyası həmin müddətdə İraqdakı işğalsonrası təhlükəsizlik vakuumunda öldürülən yüzlərlə ABŞ əsgərlərinin cəsədini geri göndərib. Amma görəcək günlər qabaqda idi. Bundan sonrakı illərdə silah lüləsinin bölgəyə azadlıq və demokratiya gətirə bilməyəcəyi və İran rejiminin İraqın gücsüzlüyündən faydalanaraq regional qüdrət kimi yüksəldiyi aydınlaşıb.

Təxminən dörd il sonra, 2009-cu ilin iyun ayında prezident Barak Obamanın əl-Əzhər və Qahirə universitetləri tərəfindən birgə təşkil olunan tədbirə qatılmasını tənqidçilər Buş administrasiyasınının səhv davranışlarına görə “üzrxahlıq səfəri” adlandırıb. O, “yeni başlanğıc”la, ABŞİslam dünyası arasında tarixi gərginliyi aradan qaldırmaq niyyətindən söz açıb.

Obamanın iki məqsədi vardı: sünni-şiə gərginliyindən əl çəkərək Tehrana əl uzatmaq və fələstinlilərlə israillilər arasında sülh razılaşmasına nail olmaq – iki ziddiyyətli məram.

İraqın işğalından sonra İranın gücü artdıqca, İsrail və Səudiyyə Ərəbistanı onu dayandırmağa getdikcə daha çox yönəlib. Yəni ABŞ İranın təsirini azaltmanı prioritet kimi təyin etməyənədək onların heç biri fələstinlilərlə razılaşma əldə etməyə maraq göstərməyib.

Obama bu iki hədəfə çatmayıb, eyni zamanda, ABŞ dronlarını bütün İslam aləmindəki hədəfləri bombalamağa göndərib, yüzlərlə günahsız vətəndaşı öldürməklə “yeni başlanğıc” vədindən uzaqlaşıb.

Təxminən on il sonra dövlət katibi Mayk Pompeo da Qahirəyə yollanıb ​​və əsas xarici siyasət çıxışını edib. O, Obamanın Yaxın Şərqdəki irsini tənqid edərək ziddiyyətli mesajlar çatdırıb. Əslində, onun dediyi sözlər Tramp administrasiyasının Obama siyasətindən fərqli heç nə təklif etmədiyini göstərir.

Məsələn, Pompeo Obamanı İraqdan çıxma qərarına görə yıxıb-sürüyüb, “Amerika geriləyəndə, xaos davam edir”, – deyib. Əslində, Suriyanın şimal-şərq bölgəsindən ABŞ qoşunlarının çıxarılması da bunun təkrarıdır.

İraqdakı ABŞ qüvvələrinin 166 mindən 5 min nəfərə düşdüyünü vurğulayaraq Tramp administrasiyasının “işi tamamlamasını” yüksək qiymətləndirib. Amma qoşunların çıxarılması qərarını Obamanın verdiyini deməyi bilərəkdən unudub.

Pompeo, həmçinin Obama doktrinasının başqa bir yanaşmasına toxunub: İŞİD-in dronlar və yerli tərəfdaşların köməyi ilə məhvi.

Taleyin istehzası ilə terrorun məğlub edilməsi məqsədinə Tramp administrasiyası tərəfindən alınan iki qərara mane ola bilər. Suriyadan çəkilmə, “Suriyalı Demokratik Qüvvələri”nin (SDQ) potensial türk hücumuna məruz qalma ehtimalı və İŞİD-ə qarşı kampaniyadan yayınma. Digər tərəfdən, İranı diplomatik şəkildə çəkindirmə. Bu da, öz növbəsində, ABŞ qüvvələrinin İraqda İŞİD-ə qarşı mübarizədən uzaqlaşmasına səbəb olub.

Tramp administrasiyasının anti-İran siyasətini vurğulayaraq Pompeo əmin edib ki, “İran rejimi irəlilədikcə Yaxın Şərq xalqları heç vaxt təhlükəsizliyə, iqtisadi sabitliyə nail ola bilməyəcəklər”. Lakin Tramp dövründə İranı məhv etmək, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin böyük bir hissəsinin razılığı olmadan rejimə sərt sanksiyalar qoymaq deməkdir. Bu da Vaşinqton və Tehranın həm İraqda, həm də Livanda təsir savaşını davam etdirəcəyi deməkdir.

Trampın dövlət katibi də “uzunmüddətli ittifaqların gücləndirilməsi və yeni tərəfdaşlıq qurma”dan danışıb. Bölgədəki bir çox ABŞ müttəfiqləri mövcud administrasiyanın regional ittifaqlara olan bağlılığına şübhə edir. İraqSuriyadakı kürd qüvvələri Tramp administrasiyası tərəfindən taleyin ixtiyarına buraxılıb və hazırda ABŞ-ın öhdəliklərini yerinə yetirmək istəməməsi nəticəsində Moskva və potensial olaraq Tehranla “eşqbazlıq edirlər”. Bəzi ərəb rejimlərii İsraillə İran əleyhinə oxlara qoşulmağa və Tramp administrasiyasının Fələstin məsələsinin tədricən aradan qaldırılmasına dəstək verirlər.

Pompeonun əsl niyyətləri nə olursa-olsun, çıxışında narahatlıqverici bir reallıq təsdiqlənib: ABŞ-ın xarici siyasəti hələ heç vaxt daxili siyasət və prezident administrasiyası içində yaşanan ziddiyyətlərdən asılı olmayıb. İndi, Cems Mattis artıq Pentaqonun şefi vəzifəsində deyil, Pompeo və milli təhlükəsizlik məsləhətçisi Con Bolton Trampın diqqətini cəlb etmək üçün yarışır və ABŞ-ın Yaxın Şərqdəki siyasətini öz rəylərinə əsasən formalaşdırmağa çalışırlar.

ABŞ siyasətində irreal bir anı müşahidə edirik: İraq müharibəsinin qalibi olan Bolton Suriyada ABŞ siyasətini xilas etmək üçün yeganə zəka hesab olunur.

Bolton və Pompeonun işi çətin olacaq, çünki hər ikisi Yaxın Şərqdə etibarı itiriblər. Gələcəkdə heç bir regional lider və ya siyasətçi onların Trampın adından danışdığına inanmayacaq.

Əslində, Tramp heç bir zaman evdə və xaricdə bu qədər təcrid olunmayıb və dövlət katibinin çıxışı ABŞ prezidentinin xilası üçün kifayət deyil. (Strateq.az)
pia.az


Etiket: Pompeo Qahirə ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar