Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeonun təşəbbüsü: Qarabağ həmsədrlərin geosiyasi savaşının predmetinə çevrilir?

Pompeo Azərbaycan və Ermənistanı Vaşinqtona dəvət edir, Mnatsakanyan Parisə gedir, Moskva susur... Həmsədrlər arasında fikir ayrılığı var?..

Politoloq: “Danışıqlar prosesinin bundan sonra həmsədrlər arasında getdikcə daha da güclənən rəqabət, əks planlar və separat dəvətlər şəraitində davam edəcəyi istisna edilmir”.

“Nazirlərin Vaşinqton görüşünün xüsusi həlledici rolunun olacağı inandırıcı deyil. XİN başçılarının ABŞ-dakı görüşü İlham Əliyevlə Paşinyan arasında Vyanada əldə olunmuş danışıqlar prosesinə yeni impuls qatmaq planının davamıdır”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ tərəfinin AzərbaycanErmənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirmək təklifini şərh edərkən PİA.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Varşavada keçirdiyi brifinqdə ABŞ tərəfinin AzərbaycanErmənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif etdiyini bəyan edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb. “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”, deyə E.Məmmədyarov deyib.

Azərbaycan XİN rəhbərinin bəyanatına İrəvanın cavabı da özünü çox gözlətməyib. Parisdə səfərdə olan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan AzərbaycanErmənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün birtərəfli elanına görə, Azərbaycan XİN başçısını tənqid edib, amma dəvət faktını təkzib etməyib.

Ermənistan XİN başçısını açıqlamasını şərh edən “Lragir” qəzeti hesab edir ki, başqa sözlə, “Lavrov plan”, “Bolton planı” və başqaları hər üç həmsədrin onlarla razılaşacağı halda müzakirə edilə bilər.

“Lragir” hesab edir ki, amma bu strateji perspektivdir və ABŞ taktiki rejimdə AzərbaycanErmənistana təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiq edilməsini təklif edə bilər. Nəşr xatırladır ki, Vaşinqtonda bu haqda hələ 2016-cı ilin yanvarında danışırdılar.

ABŞ-ın Qarabağ probleminə maraq göstərməsi nəylə bağlı ola bilər? Vaşinqtonun Cənubi Qafqazda yeni strategiya yürütməsi mümkündürmü və ümumiyyətlə ABŞ-ın danışıqlar prossesinə aktiv şəkildə qoşulması bölgədə hansı prosselərə start verə bilər? Xüsusən Cənubi Qafqazda Rusiya-ABŞ qarşıdurması yarana bilərmi?

Bu suallarla PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “ABŞ Dövlət katibinin Moskvadan dərhal sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı Vaşunqtonda görüş təşkil edilməsi onu göstərir ki, ABŞRusiya arasında rəqabət, fikir ayrılığı mövcuddur”.

Həmsədrlər arasında münaqişənin həlli ilə bağlı fikir ayrılığı yaranmasını istisna etməyən politolqun fikrincə həlledici məsələlərə həmsədrlər arasında fikir ayrılığı varsa, həmsədrlər arasındakı ziddiyyətlərin münaqişənin həllini daha da müşkülə çevirə biləcəyini deməyə əsas verir. Nəzakət Məmmədovanın fikrincə bu ehtimalı gücləndirən əsaslardan biri də Moskva görüşündən sonra yalnız Ermənistan XİN başçısı Fransaya səfərə getməsi və Azərbaycan XİN başçısının isə bu səfərə dəvət edilməməsidir:

ABŞ Cənubi Qafqazda fəallığını xeyli artırıb. Doğrudur, Vaşinqton bununla bağlı rəsmi olaraq xüsusi strategiyasını açıqlamayıb, yaxud bu regionu özünün həyati maraq zonasına daxil etdiyini bəyan etməyib, lakin biz ötən ilin aprelində onun Cənubi Qafqazdakı maraqlarının “rəngli inqilab” yolu ilə Gürcüstandan Ermənistana transfer etdiyinin şahidi olduq. Hesab edirəm ki, bu transfer müvəqqəti xarakterlidirdir, ABŞ Ermənistanda qərar tuta bilməyəcək və mütləq Gürcüstana qayıdacaq. Çünki Gürcüstanın gələcəkdə NATO üzvü olması gündəmdədir.

Gürcüstan həm Qara dəniz akvatoriyasının Ukrayna da daxil olmaqla Qərbin nüfuz dairəsinə keçməsi, həm də Cənubi Qafqaz və Çinin, Orta Asiyanın Avropaya çıxış qapısı kimi Vaşinqton üçün önəmlidir.

Eyni zamanda, Ermənistan da Cənubi Qafqaz, İranın Avropaya açılan yolu kimi Vaşinqtonun diqqətindədir. Ermənistana nəzarət edən Amerika İranı şimalda sıxışdıra bilər, onun neft-qaz ehtiyatlarının Ermənistan-Qara dəniz marşrutu üzrə Avropa bazarına çıxmasına mane ola bilər.

Qarabağ münaqişəsi də Vaşinqtonun Cənubi Qafqaz strategiyasının mühüm bir hissəsidir, bu, Vaşinqtonun Qafqazda siyasi-hərbi iştirakını əhəmiyyətli dərəcədə artırardı.

Nəzakət Məmmədova: “Həmsədrlər arasında fikir ayrılığı varsa və bu, həlledici məsələlərə aiddirsə, deməli bu həmsədrlər arasındakı ziddiyyətlərin münaqişənin həllini daha da müşkülə çevirə biləcəyini deməyə əsas verir”.

Nazirlərin Vaşinqton görüşünə gəlincə, onun xüsusi həlledici rolunun olacağı inandırıcı deyil. XİN başçılarının ABŞ-dakı görüşü İlham Əliyevlə Paşinyan arasında Vyanada əldə olunmuş danışıqlar prosesinə yeni impuls qatmaq planının davamıdır. Bununla yanaşı, ABŞ Dövlət katibinin Moskvadan dərhal sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı Vaşunqtonda görüş təşkil edilməsi onu göstərir ki, ABŞRusiya arasında rəqabət, fikir ayrılığı mövcuddur.

Son dövrlərdə “Lavrov planı” ilə çıxış edən Rusiyayanın planına alternativ olaraq ABŞ-ın da öz təkliflərinin olması mümkündür. Lakin həmsədrlər arasında fikir ayrılığı varsa və bu, həlledici məsələlərə aiddirsə, deməli bu həmsədrlər arasındakı ziddiyyətlərin münaqişənin həllini daha da müşkülə çevirə biləcəyini deməyə əsas verir.

Bu ehtimalı gücləndirən faktlardan biri ondan ibarətdir ki, Moskva görüşündən sonra yalnız Ermənistan XİN başçısı Fransaya səfərə getdi, Azərbaycan XİN başçısı isə bu səfərə dəvət edilməyib.

Nəzakət Məmmədova: ““Lavrov planı” ilə çıxış edən Rusiyayanın planına alternativ olaraq ABŞ-ın da öz təkliflərinin olması mümkündür”.

Əgər Məmmədyarov da Mnasakanyanla birgə bu səfərə dəvət edilsəydi, biz ABŞ, Fransa və Rusiyanın münaqişənin həlli üçün vahid planı olduğunu, AzərbaycanErmənistan XİN başçılarının məslhətləşmələr üçün həmsədr ölkələrin paytaxtlarına dəvət edildiyini düşünə bilərdik. Ancaq indiki vəziyyətdə ziddiyyətlərin olmasını ehtimal etməyə daha çox əsasımız var. Odur ki, Vaşinqton səfərindən xüsusi bir irəliləyiş gözləmək çətindir.

Bununla belə ABŞRusiyanın yeni təkliflərlə çıxış edəcəyi istisna edilmir və münaqişənin həllinə dair danışıqlar prosesinin bundan sonra həmsədrlər arasında getdikcə daha da güclənən rəqabət, əks planlar və separat dəvətlər şəraitində davam edəcəyi istisna edilmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar