Çərşənbə, 21 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Pompeo ilə Çavuşoğlu müzakirə apardı

Bu gün ABŞ-ın Dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Telefon söhbəti ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, tərəflər Türkiyənin “F-35” proqramından çıxarılmasını, Rusiyadan “S-400” raketlərinin alınması, Suriyanın İdlib, Menbeç və digər təhlükəsizlik ərazilərindəki vəziyyəti müzakirə ediblər.

Nazirlik müzakirənin detallarını açıqlamayıb.

Xatırladaq ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə tərəflər arasında münasibətlər gərginləşib. ABŞ Ankaranı F-35 proqramından çıxarmaqla yanaşı, əlavə sanksiya tətbiqi ilə hədələyir.(strateq.az)

pia.az

Etiket:

loading...