Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa yenə Putini aşağıladı – “O, elə bir ölkənin lideridir ki…”

Polşa Hökuməti bir daha Rusiya prezidenti Vladimir Putinə qarşı mənfi münasibətini açıq şəkildə biruzə verib

“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, Polşa baş nazirinin müavini Yatsek Sasin Putinin İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyi münasibətilə ölkədə keçiriləcək böyük beynəlxalq tədbirə dəvət olunmayacağını deyib.

Polşa hökumətinin təmsilçisi bildirib ki, Rusiya liderinin metodları ilk olaraq onun ölkəsinə hücum edən o vaxtkı faşist Almaniyasının metodlarından fərqlənmir: “Hesab edirik ki, öz qonşularına qarşı eyni metodlardan istifadə edən bir lideri Polşanın işğalının ildönümü ilə bağlı tədbirə dəvət etmək yersiz olardı.”

Y.Sasin xatırladıb ki, Rusiya öz qonşularına qarşı işğalçı siyasət yürüdür və belə bir ölkənin başçısı Polşada keçiriləcək əhəmiyyətli tarixi tədbirə dəvət oluna bilməz: “O, elə bir ölkənin lideridir ki, həmin ölkə öz qonşularına qarşı silahlı işğal həyata keçirir”.

Əvəzində sözügedən tədbirdə ABŞ prezidenti Donald Trampın iştirakı ehtimalı yüksəkdir. Polşa hökumətinin dəvət göndərdiyi ölkə liderləri arasında Trampla bərabər Almaniya kansleri Angela Merkelin də adı var. Polşa tərəfi ümid edir ki, çoxsaylı dəvətlilər sırasında olan ABŞ və Almaniya liderləri mütləq həmin tədbirdə iştirak edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar