Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Asiya-Avropa nəqliyyat dəhlizinin inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır

Polşa Asiya ilə Avropa arasında nəqliyyat marşrutlarının inkişafında Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır

Bu barədə Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

M.Pşidaç deyib: "PolşaAzərbaycan dəmir yolları Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında iştirak edir. Bu, ölkələrimizin coğrafi mövqeyinə uyğun gələn uğurlu bir layihədir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq potensialı, xüsusilə Avropa ilə Cənub arasındakı nəqliyyat marşrutları baxımından çox əhəmiyyətlidir".

Nazir müavini qeyd edib ki, iki ölkənin limanları və dəmir yolları arasında institusional əlaqələr artıq qurulub:

"İqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiya nəqliyyatla bağlı işçi alt qrupu yaradıb".

O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də qeyd edib:

M.Pşidaç bildirib: "Əlbəttə ki, Azərbaycan sabit və təhlükəsiz bölgə olduğu üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün şaxələndirilməsində vacib tərəfdaş ola bilər".

Polşanın Azərbaycan qazını almaq ehtimalına gəlincə, o qeyd edib ki, qaz almaq qərarı şirkətlərin məsuliyyətidir və iqtisadi mülahizələrə əsaslanacaq:

"Diversifikasiya enerji təhlükəsizliyimizin və xarici siyasətimizin vacib elementidir".

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar