Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”

Hüquqları pozulmuş, mülkiyyəti əlindən alınmış Qarabağ döyüşçüsü, ehtiyyatda olan polkovnik Rövşən Səfərov Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov cənəblarına müraciət ünvanlayıb...

Surəti mediaya göndərilən həmin müraciəti cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Fuad müəllim!

Mən Səfərov Rövşən Rafiq oğlu 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə daxil oluş və 2014-cü ildə polkovnik rütbəsində Silahlı Qüvvələrdən ehtiyata buraxılmışam. Vətənə layiqli xidmətimə görə dəfələrlə Ali Baş Komandan tərəfindən təltif edilmişəm. Bu gün də dövlət və vətən qarşısında öz borcumu ödəməyə hazıram. Dövlətimə inamım hədsizdir. Ancaq indi üzləşdiyim problem, məhkəmə sistemində mənə qarşı edilən hədsiz haqsızlıq məni üzür.

Bildirirəm ki, 2014-cü ildə xəstəliyim ilə əlaqədar Gürcustanın Tbilisi şəhərində yaşayan zaman özümün pensiya kartımı və həmin kart ilə pensiyamı almaq niyyəti ilə notariusda mənim adımdan evdar qadın olan h/yoldaşım Zemfira Vəkilovanınadına etibarnamə rəsmiləşdirilmişdir.Zemfira Vəkilova həmin etibarnamə verildikdən az sonra mənim pensiya kartımı və həmin kartla pensiyalarımı almış və bir dəfə də dəyişdirilmiş pensiya kartımı və pensiyalarımı almışdır. Bakıya qayıtdıqdan sonra etibarnamə ilə maraqlandıqda Zemfira Vəkilova “onu cırıb atdığını” bildirmişdir. Bundan sonrakı 2 (iki) il ərzində ailə münasibətlərimiz gərginləşərək tam pozulmuş və biz ayrı-ayrı yaşamağa başlamışıq(işin bu halı cavabdehin Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nə verdiyi izahatla da təsdiq olunur). Bundan sonra mən, müvafiq sənədləri toplayıb Binəqədi Rayon Məhkəməsinə boşanma ərizəsi vermişəm.Və bundan az sonra mənə məlum olmuşdur ki, cavabdehə boşanma barədə məhkəməyə ərizə verəcəyimi qəti olaraq bildirdikdən təxminən 2 (iki) gün sonra, yəni 31 may 2018-ci il tarixdə “cırıb atdığını söylədiyi” etibarnamə ilə 3 (üç) mənzili, yəniatam Rafiq Səfərovdan mənə bağışlama yolu ilə keçmiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini, 2013-cü ildə əldə edib cavabdehin adına rəsmiləşdirdiyim Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilini, habelə2013-cü ildə əldə edib cavabdehin adına rəsmiləşdirdiyim Bakı şəhəri. Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilini bir günün içərisində həddi-bülüğa çatmamış oğlum Ramin Səfərova bağışlamışdır (qeyd etməliyəm ki, həmin uşağı oğulluğa götürərək onun doğum şəhadətnaməsinin “ata”qrafasında ata qismində yazılmış və ona layiqincə atalıq etmişəm!!!).Mən, bağışlamadan xəbər tutan kimi, Zemfiraya və oğlu Raminə zəng vurub qəti etiraz və iradlarımı bildirmişəm. Sonra isə bağışlama müqavilələrinin bağlandığı 38 saylı notariusa gedib notariusla görüşərək ona ciddi etiraz və iradlarımı bildirmiş, Bakı şəhərində yaşadığım halda nə üçün razılığım və iştirakım olmadan bir gün ərzində üç mənzil barəsində bağışlama müqavilələrini təsdiq etməsinin səbəblərini soruşmuşmuşam. 38 saylı dövlət notariat kontorununun Xüsusi notariusu Xəlilov İkram Mehrab oğlu qanunsuzluğunu etiraf etmişdir. Bundan sonra mən qeyri qanuni yolla onun əlimdən alınmış evlərlə bağlı iddia qaldırmış və bu iddia Binəqədi rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Sonradan qarşı tərəf apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi bu şikayəti təmin etmişdir. Bununla da kifayətməhkəməyərək mənə müxtəlif yollarla təzyiq və təsirlər göstərilmişdir. Belə ki, özünü kriminal aləmin adamları kimi təqdim edən şəxslər onunla görüşmüş, məni ölümlə hədələyərək evlərdən əl çəkməmii tələb etmişlər. Həmin şəxslər Rusiyada olan “qardaşlar”ın “əllərinin uzun olduğunu” bildirərək Bakı Apellyasiya Məhkəməsindən lazımi qərarı alacaqlarını deyirdilər. Maraqlıdır ki, doğurdan da Bakı Apellyasiya Məhkəməsi Binəqədi məhkəməsinin qərarını ləğv etd. Bunun ardınca mən Bakı Apellyasiya Məhkəməsinin qərarından ali Məhkəməyə şikayət etdim və Ali Məhkəmə də şikyətimi təmin etdi. Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində isə yenidən mənim pozulmuş mülkiyyət hüquqlarımın əleyhinə qərar çıxarılıb. Mənə isə qeyri rəsmi yollarla xəbər göndərilib ki, bu iş, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin xüsusi nəzarətindədir və burda mənim xeyrimə qərar çıxarıla bilməz.

Hörmətli Fuad müəllim!

Baş verən hadisədə açıq açığına mənin vətəndaşlıq və mülkiyyət hüququm pozulmşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.1, 6.1.2, 6.1.4, 6.1.5 və 6.1.8-ci maddələrinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı və pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinin tərkib hissəsidir.

Yuxarıda qeyd etdiyim kimi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilini 2006-cı ildə atamdan bağışlama yolu ilə əldə etmişəm ki, həmin mənzil mənim müstəsna və təkbaşına mülkiyyətimdir və h/yoldaşımın mənim razılığım, yəni iradə ifadəm olmadan həmin mənzil üzərində mənim adımdan sərəncam verməsi, yəni sözügedən halda oğlumuza bağışlaması etibarsızdır.

Belə ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi)34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Digər iki mənzil, yəni Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilivə Bakı şəhəri. Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzili isəbirgə nikah dövründə əldə edildiyinə görə ər-arvadın, yəni bizim ümumi birgəmülkiyyətimizdir ki, həmin mənzillər üzərində h/yoldaşımın təkbaşına sərəncam verməsiAilə Məcəlləsinin və Mülki Məcəllənin müddəalarına tamamilə ziddir.

Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyətiv ə ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

Mülki Məcəllənin 225.6-cı mad.,əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir…

Mülki Məcəllənin 337.1-ci mad., əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
Şərh olunanlardan göründüyü kimi,Vakilova Zemfiranın həm mənim təkbaşına mülkiyyətim, həm də ki, ümumi birgə mülkiyyətimiz olan mənzillər üzərində mənim razılığım (iradə ifadəm) olmadan sərəncam verərək bağışlama əqdi bağlaması faktı sadalanan maddi hüquq normalarının tələblərinə zidd olmaqla bərabər həm də hüquqdan sui-istifadədir.

Bütün bunlara əsasən Vakilova Zemfira Dursun qızı tərəfindən həyata keçirilərək Bakı şəhəri 38 saylı notariat kontorundatəsdiq edilmiş bağışlama müqavilələri, eləcə də onların hüquqi nəticələri etibarsız hesab edilməlidir.
Hörmətli Fuad müəllim!

Mən ömrümün böyük bir hissəsini dövlətimi və vətənimi qorumaqla keçirmişəm. Bir neçə qanunları tapdayan məmur mənim dövlət və vətən sevgimi azalda bilməz. Yenə də ümidim dövlətə, onun rəhbərinədir. Sizə üz tutaraq bu məsələni araşdımanızı və haqq ədalətin təmin olunmasına yardım etməyinizi xahiş edirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar