Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!

Azərbaycanda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Mehdi Mehdiyev təbliğat və təşviqat kampaniyasına başlayıb...

“GÜCLÜ ORDU, GÜCLÜ DÖVLƏT, BÜTÖV VƏTƏN...!” şüarı ilə seçkilərə qatılan Mehdi Mehdiyev hər bir seçicinin səsinin qazanacağına ümid edir. 

Mehdi Mehdiyevin tərcümeyi-halı

Mehdiyev Mehdi İmdad оğlu 01 iyun 1965-ci ildə Bərdə rayоnunda anadan оlmuşdur.

1967-ci ildə ailəliklə Bakı şəhərinə köçmüşdür.

1972-1979-cu illərdə Bakı şəhərində 94 saylı оrta məktəbdə, 1979-1982-ci illərdə Cəmşid Naхçıvanski adına iхtisaslaşdırılmış оrta ümumtəhsil məktəbində təhsil
almışdır.

1982-1986-cı illərdə Kоmenets-Pоdоlski Ali Hərbi Mühəndis Kоmandanlıq məktəbində təhsilini davam etdirmişdir.

Hərbi məktəbi bitirdikdə ona “leytenant” hərbi rütbəsi verilmiş və хidmətini davam etdirmək üçün Hava-Desant qоşunlarına göndərilmişdir. 1986-1987-ci illərdə Pskov şəhərində yerləşən Hava-Desant diviziyasında xidmət etmişdir.

1987-1989-cu illərdə Əfqanıstan Demоkratik Respublikasında хidmət etmişdir.

1989-1990-cı illərdə Vitebsk şəhərində yerləşən Hava-Desant diviziyasında хidmət etmişdir.

1990-1992-ci illərdə Gəncə şəhərində yerləşən Hava-Desant diviziyasında хidmət etmişdir.

1992-ci ildən könüllü olaraq Azərbaycan Оrdusu sıralarında хidmətini davam etdirmişdir. Hərbi hissənin mühəndis хidməti rəisi, Müdafiə Nazirliyinin Mühəndis qоşunları İdarəsi rəisinin müavini, Heydər Əliyev adına Ali Hərbi məktəbdə Hərbi Mühəndis kafedrasının rəisi vəzifələrində хidmət etmişdir.

Ehtiyatda оlan pоlkоvnikdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq II qrup Qarabağ müharibəsi əlili
оlmuşdur.

Peşəkar hərbiçi kimi хidməti dövründə “Azərbaycan Bayrağı” оrdeni, “Qırmızı ulduz” оrdeni və bir çох medallarla təltif edilmişdir.

Evlidir, iki övladı var.

2001-ci ildən ictimai fəaliyyətlə məşğuldur. Həmin vaхtdan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə rəhbərlik edir. 2016-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.

Mehdi Mehdiyevin qardaşı Хоcalıda şəhid оlmuşdur.

Özü iki müharibə iştirakçısıdır. Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, həmçinin II qrup Qarabağ müharibəsi əlili olduğu üçün bu üç təbəqəni təmsil edən təşkilata rəhbərlik etməyə özündə mənəvi haqq tapır və bu qəbildən оlan insanların prоblemlərinin həllinə çalışır.

Polkovnik Mehdi Mehdiyevin seçki platforması

YENİLƏŞƏN QANUNVERİCİ ORQANLA ZİRVƏYƏ DOĞRU

Azərbaycan Respublikasının Prezidentinin apardığı islahatlar siyasətinə dəstək olmaqla yanaşı Milli Məclisin ictimaiyyətlə əlaqələrin güclənməsi ilə aparıcı qüvvəyə çevirilməsi

Milli Məclisin ölkənin bütün sahələrində öz intellektual səviyyələri, bilik və bacarıqları ilə seçilən vətandaşları özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması

Milli Məclisdə hərbi qulluqçuların statusuna dair qanun lahiyələrinin hazırlanmasında yaxından iştirak edərək cəmiyyət və hökümət arasında əlaqələri möhkəmləndirmək

QANUNVERİCİLİK FƏALİYYƏTİ

• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunvericilik fəaliyyətində şəhid ailələrinin, müharibə əlilləri, veteranları və aztəminatlı ailələrin mənafeyini qoruyan qanun layihələrinin hazırlanmasında aktiv
iştirak etmək

• Hərbi xidmətdə və ehtiyyatda olan hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində qanunvericilik təşəbbüsü ilə çıxış etmək

Abşeron-Qobustan rayonlarının sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində aktiv iştirak etmək

DAĞLIQ QARABAĞ

Azərbaycan Respublikasının ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul ediblər. Bizim əsas məqsədimiz erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağı və ətraf 7 rayonu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz müasir və peşəkar ordumuzun daha da güclü olması üçün əlimizdən gələni etməliyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Abşeron-Qobustan rayonlarından vətənimizin keşiyinə yollananlar şücaət göstərərək şəhidlik zirvəsinə ucalaraq ali dövlət mükafatlarına layiq görülmüşlər. Bu gün respublikamızın bütün rayonlarında olduğu kimi Abşeron-Qobustan rayonlarında da Qarabağ müharibəsi statusuna malik olan insanlar ölkəmizin inkişafında yaxından iştirak edirlər. Hər birimiz siyasi mənsubiyyətindən, dinindən asılı olmayaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının ətrafında sıx birləşərək Dağlıq Qarabağ məsələsində öz milli birliyimizi göstərərək işğal altında olan torpaqlarımızı azad etməliyik.

SEÇİCİLƏRLƏ İŞ

• Seçicilərin problemləri ilk növbədə hərtərəfli araşdırılaraq sistemli həllinə üstünlük veriləcək. Müvafiq qanunların, proqramların, investisiya layihələrinin qəbul edilməsi və icrası

• Ayda bir dəfədən gec olmayaraq Abşeron-Qobustan seçiciləri ilə davamlı görüşlərin keçirilməsi
Abşeron-Qobustan rayonlarının ərazisində daimi qərargahın yaradılması
• Seçicilərə münasibətdə «Güvən, Seç, Tələb et» prinsipinin gözlənilməsi
Abşeron-Qobustanda Millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi
• Seçicilərlə hökümət arasında səmimi dostluq prinsipini yaratmaq. Onların fikirlərinə önəm vermək, daha mühüm təxirəsalınmaz problemi nəzarətdə saxlayaraq kömək etmək.

İDARƏETMƏ

• Vətəndaşların ərizə, şikayətlərinə və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həllinə nail olmaq
• İcra hakimiyyətinin, bələdiyyələrin, sahibkarların, qeyri-hökumət təşkilatlarının, ağsaqqal və ziyalıların imkanlarından istifadə edərək insanlara xidmət etmək
• Hər zaman seçicinin rayon üzrə seçilmiş millət vəkilinə əl çatan olmasını təmin etmək.

İQTİSADİYYATIN VƏ AQRAR SEKTORUN İNKİŞAFI

• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı regiona ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
• Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
• Regionda yeni iş yerlərinin yaradılması üçün təkliflərlə çıxış etmək
• Sakinlərin problemlərinin qanunvericilik yolu ilə həll edilməsi
• Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə məsələ qaldırılması
• Kənd təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması, aqroservislərin fəaliyyətinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
• Mövcud vəziyyəti daha çox diqqət tələb edən kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması
• Kənd təsərüfatı məhsullarının emalı üçün müasir müəssisələrin yaradılması
• Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması
• Kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılmasına köməklik etmək
• Regionda olan dəmyə torpaq sahələrində taxıl və arpaçılığın inkişafı üçün məsələləri aqrar iqtisadiyyat komitəsində diqqətə çatdırmaq

SOSİAL MƏSƏLƏLƏR VƏ İNFRASTRUKTUR

• Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılması ilə əlaqədar qanunvericilik bazasının yaradılması
• Şəhid ailələrinə, müharibə veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi
• Kənd yollarının təmiri və asfalt örtüyü çəkilməsi ilə bağlı məsələ qaldırılması
• Su-kanalizasiya infrastrukturunun regionda qurulmasının surətləndirilməsi ilə bağlı təklifin qaldırılması
• Sənədsiz evlərin qeydə alınaraq sənəd verilməsinin sürətləndirilməsi
• Az təminatlı ailələrə hər cür köməkliyin göstərilməsi və onların sosial proqramlarda iştirak etməsində maarifləndirmə işlərinin aparılması
• Uşaqların yetkinlik yaşına çatana qədər dövlət tərəfindən sosial müdafiəsi üçün qanunların hazırlanması istiqamətində təşəbbüs göstərərək təkliflərin verilməsi

HUMANİTAR SAHƏ

• Regionda təmirə ehtiyacı olan məktəblərin və uşaq bağçalarının yenidən qurulmasına dair müvafiq icra orqanları qarşısında məsələ qaldırılması
• Kompüter-internet şəbəkəsinin genişləndirilməsinə,­ informasiya-kommunik­asiya texnologiyalarının yeni nailiyyətlərin tətbiqinin yayılmasına dair təkliflərin hazırlanması və müvafiq qurumların köməkliyi ilə reallaşdırılması
• Kəndlərdə xəstəxanaların və tibb məntəqələrinin təmiri və müasir avadanlıqlarla təchiz edilməsi

• Regionda mədəni potensialın tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi
• Regionda olan vətəndaşların könüllülük hərakatına cəlb edərək onların işsizliyinin qarşısını almaqda köməklik edilməsi

GƏNCLƏR SİYASƏTİ

• İpoteka kreditləri üzrə şərtlərin gənc ailələr üçün yüngülləşdirilməsini­ nəzərdə tutan təkliflərin hazırlanması və bunu reallaşdırmaqla regionda gənclərin mənzil təminatının yaxşılaşdırılması
• Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsinin icra orqanları qarşısında qaldırılması
• İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi,­ yeni idman qurğularının qurulması
• Gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi
• Əsas üstünlük gənclərin asudə vaxtlarının rayonda mədəni maarif, və peşə yönümlü sahələrə yönəldərək təşkilinə təkan verilməsi
• Regionda olan gənclərin başqa regionlara səfər edərək tariximizin aşılanması sahəsində daim əməli tədbirlərin həyata keçirilməsi
• Hərbi xidmət çağrışçıların çağrılma dövrü və xidmət dövrü vətənpərvərliyinin aşılanması üçün rayon ictimaiyyəti ilə mütəmadi görüşlərin keçirilməsi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar