Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Türkiyə ilə Rusiya arasında çox ciddi qarşıdurma yarana bilər”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri: “ABŞ Suriyadan qoşunlarını çıxaracağını açıqladığı andan Suriyadakı kürdlər Rusiya ilə əlaqədədir”

“Mümkündür ki, Türkiyə ordusu Suriyaya girəcəyi təqdirdə Əsəd ordusu ilə birlikdə kürdlər Türkiyə ordusuna qarşı vuruşsunlar və bu anda da onlara lazım olan hərbi dəstəyi Rusiya Hərbi Kosmik Qüvvələri versin”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Suriyada Əsəd güclərinin Menbiçə doğru hərəkəti etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Donald Tramp dekabrın 19-da ABŞ hərbçiləri və hərbi texnikasının Suriyadan çıxmasına dair sənəd imzalayıb. Sənəd imzlandığı gündən ABŞ hərbi texnikasını TIR-larla İraq ərazisinə daşıyıb.

Lakin ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra düşünülən planın Türkiyənin gözləntilərindən çox uzaq olduğu ortaya çıxıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə Habertürk-ə açıqlama verərkən bu haqda bildirib. “ABŞ Suriyada çəkilmə qərarı versə də, sonrası qeyri-müəyyənliklərlə doludur.

Vaşinqton rəhbərliyi illərdir silah və pul yağdırdığı YPG-nin prosesdən kənar qalmasını istəmir. İŞİD ilə mübarizəni Türkiyənin üstünə yıxan ABŞ-ın Fəratın şərqindəki YPG təşkilatına toxunulmamasını istədiyi ortaya çıxıb, deyə nazir bildirib”.

Çavuşoğlu, “YPG sahəsindən keçidə dair ABŞ-ın bir şərti varmı” sualına, “Kürdləri şərt olaraq qoyurlar. YPG-yə sərmayə qoyublar, amma YPG deyə bilmirlər, Kürdlər deyirlər. Biz də Kürdləri sevirik deyirik. Bizim mübarizəmiz PKK ilədir deyirik”, cavabnı verib.

Xatırladaq ki, Türkiyə ordusu Menbiçə yerləşən PKK/YPG terrorçularına qarşı hücum əməliyyatına hazırlıq görür. Dünən isə Suriyada Əsəd güclərinin Menbiçə doğru hərəkəti etməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, hətta rejim qüvvələri Menbiçin qərbindəki Arimah bölgəsinə daxil olub. Belə bir anda Əsəd ordusunun bu qəfil həmləsi diqqətçəkəndir.

Menbiçin Əsəd güclərinin, dolayısı ilə İran ya da Rusiya güclərinin nəzarəti altına girməsi Suriyada hansı yeni şərtlərin oluşmasına yol aça bilər? Xüsusilə bu halda Suriyada mövcud olan Türkiyə-Rusiya-İran ittifaqı bundan zərər görə bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Suriyanın kürdlərlə məskunlaşmış ərazilərində Türkiyə ilə Rusiya arasında çox ciddi qarşıdurma yarana bilər”.

Türkiyə ordusu Suriyaya girəcəyi təqdirdə Əsəd ordusu ilə birlikdə kürdlər Türkiyə ordusuna qarşı vuruşmasını mümkün hesab edən politoloq əlavə edib ki, bu anda da onlara lazım olan hərbi dəstəyi Rusiya Hərbi Kosmik Qüvvələri verə bilər. Əsəd bilir ki, çətinliyə düşsə, Rusiya onun arxasında olacaq:

“Bu məsələdə nə İranın, nə də Rusiyanın birbaşa hərbi hissələrinin Menbiçə girəcəyinə inamıram. Amma Suriya Ordusunun Menbiçə girməsi ilə bağlı Rusiyanın planından, ağıllı hiyləsindən danışmaq olar. Xatırladım ki, müasir Suriyanın tarixində artıq bir dəfə də belə hadisə olub.

Daha əvvəl də Rusiyanın təkidi ilə kürdlər Əsəd hökumətinə yaxınlaşmışdı. Lakin sonradan kürdlər ABŞ-ı seçdilər. İndi də kürdlərin Suriyada əsas təhlükəsizlik dayağı olan ABŞ qoşunları ərazidən çıxır. ABŞ qoşunları da Suriyadan çıxırsa, onların əvəzinə türk qoşunları əraziyə gələcək. Yəni bu ABŞ-ın və Türkiyənin razılaşdırılmış planı idi. Kürdlərin də anlamı belədir ki, türk orudusu Suriyaya kürdləri qırmaq üçün gələcək. Buna görə də ABŞ Suriyadan qoşunlarını çıxaracağını açıqladığı andan Suriyadakı kürdlər Rusiya ilə əlaqədədir. Hətta Suriyanın Moskvada olan nümayəndəliyi mətbuat konfransı keçirdi və açıqlamalar verdi.

Rusiya Əsədi arxayın edib ki, ABŞ qoşunları Suriyadan çıxandan sonra Əsəd öz qoşunlarını Menbiç, hətta yeri gəlsə, İdlibə qədər yerləşdirəcək və kürdlər də buna razı olacaq. Yəni kürdlər Əsəd qoşunlarının Menbiçə, İdlibə girməsinə maneçilik etməyəcək.

Mübariz Əhmədoğlu: “Əgər Suriya kürdləri İraq kürdləri ilə birlikdə birləşib ABŞ-dan əl çəkib, tamamilə Rusiya tərəfə keçsələr Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirəcək”.

Mümkündür ki, Türkiyə ordusu Suriyaya girəcəyi təqdirdə Əsəd ordusu ilə birlikdə kürdlər Türkiyə ordusuna qarşı vuruşsunlar və bu anda da onlara lazım olan hərbi dəstəyi Rusiya Hərbi Kosmik Qüvvələri versin. Bu çox sadəcə bir sxemdir. Bunu kəşf etməyə elə də böyük ağıl lazım deyil. Əsəd də bu yolu gedir və bilir ki, kürdlər ona maneçilik təşkil etməyəcək. Həmçinin Əsəd bilir ki, çətinliyə düşsə, Rusiya onun arxasında olacaq.

Hal-hazırda İranın başı Golan təpələri istiqamətində qarışıb. Suriya və dünya mətbuatının yazdığına görə İran 20 minə yaxın qoşun toplayıb. Yəni İran Golan yüksəkliklərində İsrail üçün problem yaratmaqla məşğuldur. İranın kürdlər məskunlaşmış Fəratın həm Şərq, həm də Cənub sahillərində elə də güclü hərbi kontingenti yoxdur. Buna görə burada ancaq 3 qüvvədən, hətta yeri gəlsə 2 qüvvədən danışmaq olar. Bu qüvvələr də Əsəd qüvvələri – hansı ki, arxasında Rusiya dayanıb və Türkiyə hərbi qüvvələridir.

Mübariz Əhmədoğlu: “Kürd kartı Rusiyanın əlində olandan sonra Rusiya kürd kartı ilə Türkiyənin də daxilinə müdaxilə edə bilər və hadisələri istənilən qədər qızışdıra bilər”.

Hesab edirəm ki, Suriyanın kürdlərlə məskunlaşmış ərazilərində Türkiyə ilə Rusiya arasında çox ciddi qarşıdurma yarana bilər. Amma Rusiya bu işi etmək üçün həm Suriya kürdləri, həm də İraq kürdləri ilə paralel olaraq danışıqlar aparacaq. Əgər Suriya kürdləri İraq kürdləri ilə birlikdə birləşib ABŞ-dan əl çəkib, tamamilə Rusiya tərəfə keçsələr Rusiya Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Çünki kürd kartı Rusiyanın əlində olandan sonra Rusiya kürd kartı ilə Türkiyənin də daxilinə müdaxilə edə bilər və hadisələri istənilən qədər qızışdıra bilər.

Düşünürəm ki, hal-hazırkı vəziyyətdə Rusiya Türkiyə-ABŞ yaxınlaşmasından qorxur. Rusiyanın fikrincə, ABŞ-la Türkiyə Suriyada qoşunların çıxarılması məsələsində paralel hərəkət edirlər və bu da Rusiyaya təhlükə yaradır. Buna görə Rusiya Türkiyəni hədəf götürməyə hazırlaşır və Rusiya Türkiyə ilə qarşıdurmadan çəkinməyəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar