Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq həyəcan siqnalı verdi: Rusiya məqsədlərinə nail olmaq üçün…

“Ölkənin ağır hərbi məğlubiyyətinin ardınca Ermənistanda yaranmış ictimai-siyasi xaosun daxilində müəyyən istiqamətlər artıq görünməyə başlayır. Bu gün əsas 2 xətt görünür ki, onların da hər ikisi revanşist platformanı təmsil edir: şərti olaraq, “Koçaryan-Manukyan bloku” və ordu generalitetinə meyilli görünən ultra faşist “Sasna Tsrer” partiyası.

Bu sözləri politoloq Ərəstun Oruclu Ermənistanda yaşanan siyasi prosesləri şərh edərkən deyib.

Politoloq Xocalı qatili Robert Koçaryanın son zamanlar fəallaşmasının səbəblərinə də diqqət çəkib:

“Son günlər Rusiya mediasının diqqət mərkəzindən düşməyən və dünən keçirdiyi mətbuat konfransında özünü əvvəlkindən daha inamlı göstərməyə çalışan keçmiş prezident, cinayətkar Robert Koçaryan faktiki yeni müharibə anonsu verdi. Belə görünür ki, Ermənistandakı revanşistlər vəziyyətdən sona qədər yararlanmağa çalışacaqlar.

Belə sonluğun variantlarından birinin də yeni müharibə ola biləcəyini nəzərdən qaçırmamalıyıq. Koçaryanın bəyanatları başqa hadisələrlə uzlaşmasaydı, bunları adi bir revanşistin sərsəm populist ritorikası kimi də qəbul etmək olardı. Amma onu dəstəkləyən Moskva “sülhməramlılarının” Qarabağdakı ardıcıl, sistemli fəaliyyəti bizdən məsələyə ciddi yanaşma tələb edir.

Ermənistanın əlilə Qarabağda müharibəni təhrik etmiş Moskva onun (44 günlük müharibənin) nəticəsində əldə etmək istədiklərinin ən azı ikisinə tam nail ola bilməyib: Yaxın Şərqə aparan quru və dəmir yollarına tam nəzarəti ələ keçirməyə və Paşinyanı hakimiyyətdən devirməyə. Bunlara qısa zamanda nail olmağın yolu isə növbəti müharibədən keçir.

Zaman Rusiyanın əleyhinə işləyir və bu səbəbdən də Kreml hər iki vəzifəyə qısa zamanda nail olmalıdır. Əks-təqdirdə 2-3 aydan sonra buna cəhd etmək belə mənasız olacaq. Amma darmadağın edilmiş Ermənistan ordusunun əlilə yeni müharibəyə start vermək də yüksək risklər doğura bilər. Belə situasiyalar üçün də Rusiyanın hazır reseptləri var.

Onlardan biri Azərbaycan Ordusunun Rusiya “sülhməramlılarına” hücumunu imitasiya etmək (və ya ölkəmizi “terrorçular” məsələsində olduğu kimi açıq şərləmək), digəri isə Ermənistan qoşunları adı altında öz silahlı qüvvələrini Azərbaycana qarşı birbaşa döyüşlərə cəlb etmək.

Lakin bu iki variant da Moskvaya 100%-li uğur vəd etməyə bilər və elə bu səbəbdən də Rusiya Azərbaycana qarşı start verdiyi hibrid müharibənin digər komponentlərini daha da gücləndirməkdədir. Bu, ilk növbədə həmin müharibənin informasiya komponentinin daha intensiv fəaliyyəti və 5-ci kolonun təxribatlarının, sabotajlarının daha da gücləndirilməsidir.

İctimai təpkilərlə üzləşən 5-ci kolonun fəaliyyət metodları da dəyişdirilib. Belə ki, əvvəl açıq təxribatlar törədən bu şəbəkə indi daha çox sabotajlara keçib. Bunların ən başlıcası isə müxtəlif dövlət və hakimiyyət orqanlarına qabiliyyətsiz, səriştəsiz kadrların yerləşdirilməsidir ki, onların da vura biləcəyi ziyanı təsəvvür etmək çətin deyil.

Odur ki, indiki mərhələdə əsas vəzifələrimizdən biri dövlət və hakimiyyət orqanlarına, xüsusilə də ölkənin silahlı qüvvələrinə yerləşdirilən bacarıqsız, qabiliyyətsiz və savadsız kadrları zamanında aşkarlayaraq ifşa etmək olmalıdır. Bundan başqa ölkənin işğaldan azad olunmuş ərazilərində yerləşən ordu hissələri gücləndirilməli, onların təchizatı bir nömrəli vəzifəyə çevrilməlidir.

Bundan başqa dövlət və hakimiyyət orqanlarında kök salmış korrupsioner, oğru məmurların orduya, qazilərə və şəhid ailələrinə məqsədli sayğısız münasibətinin qarşısı ən sərt şəkildə alınmalıdır. Növbəti vəzifəmiz hərbi və siyasi müttəfiqlərimizlə əlaqə və əməkdaşlığımızı intensivləşdirmək olmalıdır.
Gecikməyə və düşmən(lər) tərəfindən qəflətən üstələnməyə haqqımız yoxdur, çünki bunun nəticələri ordumuzun bundan əvvəlki savaşda əldə etdiyi hərbi uğura ciddi xələl gətirə bilər.

Bütün bu, işlərdə də hər kəs fəal olmalıdır, çünki Vətən Müharibəsi hər birimizin savaşıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar