Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polislər qaçırılan qızı belə xilas etdilər - Video

Saatlı rayonundan Bakıya qız qaçıran şəxs yol polisləri tərəfindən tutulub...

Hadisə bir neçə gün əvvəl Binəqədi rayonunda baş verib. Saatlı rayon Soltankənd sakini Oqtay Nağıyev ''102'' xidmətinə məlumat verib ki, 18 yaşlı qızını naməlum şəxslər qaçırıb.

Məlumat əsasında polis ''Təhlükəsiz şəhər'' kameraları vasitəsi ilə qızın qaçırıldığı avtomobilin istiqamətini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdaretmə Xidmətindən Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya'' postuna məlumat verilib ki, üzü şəhər istiqamətində hərəkət edən ''Hyundai'' markalı ''90-MD-049'' dövlət nömrə nişanlı avtomobil saxlanılsın.

Yol polisi əməkdaşları məlumat əsasında yoldakı avtomobilləri nəzarətə götürüb və çox çəkməyib ki, həmin nəqliyyat vasitəsini aşkar ediblər.

Yol polisləri hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarını əraziyə çağırıblar. Əməliyyatçılar hadisə yerinə gəldikdən sonra sürücü təsilm olub.

Polis idarəsində araşdırma aparılarkən müəyyən edilib ki, Saatlı rayon Mircəlal kənd sakini Ruhid İslamov evlənmək məqsədilə qızın razılığı olmadan zorla qaçırıb rayondan paytaxta gətirirmiş. Polisdən verilən məlumata görə, qız xilas edilərək ailəsində təhvil verilib.

Faktla bağlı isə Ruhid İslamov barəsində ''adam oğurluğu'' maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar