Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polisin Yasamaldakı əməliyyatı təxribat idi? - Sabiq dövlət müşavirindən şərh

Qabil Hüseynli: “Belə şəraitdə vəziyyəti gərginləşdirməyə çalışan müəyyən qüvvələr ola bilər. Amma Yasamaldakı hadisənin kimlərsə tərəfindən təxribat kimi hazırlandığını zənn etmirəm”.

“Əgər polis, vətəndaş qanunsuzluğa yol veribsə, bunu aşırı güc tətbiq etmədən inkişaf etmiş cəmiyyətlərə xas olan, qanunun ali olduğu cəmiyyətlərə xas olan bir yolla həyata keçirmək lazımdır”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli Yasamaldakı əməliyyatın təxribat kimi dəyərləndiriıməsini PİA.az-a şərh edərkən qeyd edib.

Polisin Yasamaldakı əməliyyatı cəmiyyətdə geniş müzakirə obyektinə çevrilib. Bəzi ekspertlər və ictimaiyyət nümayəndələri bu əməliyyatı hakimiyyətə və nazirə qarşı təxribat kimi dəyərləndirirlər.

Aparılan kadr islahatları fonunda belə bir təxribatın baş verməsinə ehtimal vermək olar və hazırda hakimiyyət daxili mübarizənin cəmiyyətimizə, o cümlədən siyasi prosseslərə təsiri varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Polis əmrə tabedir. Əmir də yuxarıdan verilib”.

Polisə tamamilə bəraət qazandırmadığını vurğulayan sabiq dövlət müşaviri PİA.az-a açıqlamasında əlavə edib ki, vətəndaşın da polisə qarşı bu cür davranması yolverilməzdir:

“Cəmiyyət çox mürəkkəb və əsəbi bir dövrünü yaşamaqdadır. Əhali bəzi məsələlərdə səbrsizlik, aqressivlik nümayiş etdirir. Yasamalda da bu aqressivlik bir xeyli kobud və qanuna zidd formada özünü göstərdi. Aqressiya polisə zibil, butulka atmaqla ortaya çıxdı. Polis də aşırı və gərəksiz güc tətbiq etdi və hətta polislərdən biri aqressiv şəökildə vətəndaşı təhqir etmək curətində bulundu. Vətəndaşı təhqir edən polisin cəzası verildi və o polis orqanlarından kənarlaşdırıldı.

Amma əhalini hərəkətlərini də tam təmizə çıxarmaq mümkün deyil. Polis istəyir ki, karantin rejiminə bütün parametrləri ilə əməl edilsin. Polis əmrə tabedir. Əmir də yuxarıdan verilib. Söhbət pandemiyadan yenidən qabarması və cəmiyyəti təhdid edilməsi ilə bağlıdır. Cəmiyyət özünü müdafiə instinktindən insanların qorunması üçün istifadə etməlidir.

Qabil Hüseynli: “Polisin qanundan kənar hərəkətlərini mütləq qeydə alıb, faktlaşdırıb lazımı orqanlara məlumat vermək lazımdır”.

Belə şəraitdə vəziyyəti gərginləşdirməyə çalışan müəyyən qüvvələr ola bilər. Amma Yasamaldakı hadisənin kimlərsə tərəfindən təxribat kimi hazırlandığını zənn etmirəm. Çünki polisə qarşı sözün həqiqi mənasında hörmətsiz kobudluq edildi. Dünyanın bütün ölkələrində də polisə qarşı edilən hörmətsizliyə onun polis yoldaşları bu və ya digər formada cavab verirlər. Türkiyədə bu xüsusi ilə daha populyardır.

Mən polisə tamamilə bəraət qazandırmaq istəmirəm. Amma hesab edirəm ki, polisə qarşı bu cür hərəkətlər yolverilməzdir. Eyni zamanda polisin qanundan kənar hərəkətlərini də mütləq qeydə alıb, faktlaşdırıb lazımı orqanlara məlumat vermək lazımdır. Əgər polis, vətəndaş qanunsuzluğa yol veribsə, bunu aşırı güc tətbiq etmədən inkişaf etmiş cəmiyyətlərə xas olan, qanunun ali olduğu cəmiyyətlərə xas olan bir tədbirdə həyata keçirmək lazımdır. Məncə Azərbaycanda da bu proses gedir və polisin kobud sözlərə görə polis orqanlarından qovulması da bunu təsdiq edir”.

Nərminə UMUDLU

pia.az


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar