Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis zəncirlənən azyaşlı barədə məlumat yaydı

Xəbər verdiyimiz kimi Bakıda ana azyaşlı oğlunu evdə zəncirləyib

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub.

Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan, 9 yaşlı Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərzində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyən Ş.İsmayılova yay tətili ilə əlaqədar övladını Yevlaxdan Bakıya gətirərək bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq götürülüb və protokol tərtib olunub.

Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar