Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis karantin bölgəsində gücləndirilmiş iş rejiminə keçdi

“COVID-19” pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qərardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar qeyd olunan rayon mərkəzlərinin və kəndlərin giriş-çıxışlarında xüsusi karantin postları təşkil edilərək polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmətə cəlb olunublar.

Bu təhlükəli virusun geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

“COVID-19” pandemiyası zəminində dünyada yaşanan hazırki fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas bir dönəmdə ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edirik. İnanırıq ki, qarşıdakı müddətdə də virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar törətməməsi üçün vətəndaşlarımız, o cümlədən Nazirlər Kabinetinin qərarında adları qeyd olunan SabirabadŞəki rayonlarının sakinləri karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının tələb və tövsiyələrini anlayışla qarşılayacaq və bununla əlaqədar tətbiq edilən bütün qayda və qadağalara ciddi riayət edəcəklər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar