Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Poliqon” İnformasiya Agentliyi (PİA.az) 10 yaşında

Bu gün bizi təbrik edən hər kəsi təbrik edir və hər kəsi qucaqlayırıq...

10 yaşımızı başa vurduq. 100 ildən sonra bəlkə bizim bu günümüz orta uşaqlığın ilk günü kimi görünəcək. Amma indi 10 yaşlı qocayıq və yaxından, uzaqdan baxanda belə də görünürük.

Bu 10 ildə nələri yaşadıq? Hər şeyi yaşadıq. Eninə-uzununa hər şeyi.... Və bu 10 ildə yaşadığımız hər şeylə qürur duyuruq.

Ən böyük uğurumuz isə kollektiv olaraq formalaşmağımız oldu. Biz bir-birimizi istismar etməyə çalışmadıq, sadəcə bir-birimizə yardımçı olmaq üçün cəhd etdik. Hər birimiz səmimi olaraq buna çalışdıq. Hər şeyə rəğmən bütün çətinlikləri arxada qoymaq üçün hər şeyi etdik . Və bacardıq...

Bu sabah da belə davam edəcək. Və yəqin ki, var olduğumuz son günə qədər başarmağa cəhd edəcəyik...

Başarılarımızda dostlarımızın – bu bu gün bizi səmimi təbrik edənlərin də, etməyənlərin də,  “xala xətrin qalmasın” mesajları göndərənlərdin də zəhməti az olmadı. Dostlar dəstək, dost olmayanlar sınaq oldular bizim üçün.

O üzdən də bu gün bizi təbrik edən hər kəsi təbrik edir və hər kəsi qucaqlayırıq...

Xatırlatma: “Poliqon” İnformasiya Agentliyi (PİA.az saytı) 2009-cu il iyunun 10--da “MilliYol” qəzetinin nəzdində fəaliyyətə başlayıb. İlk olaraq sayt “MilliYol” qəzetinin elektron versiyası olaraq nəzərdə tutulsa da, daha sonra müstəqil internet media qurumu kimi fəaliyyət göstərməyə başlayıb. Saytın ilk baş redaktoru mərhum jurnalist Şahin Ağabəyli olub. 2010-ci ilin dekabr ayından sayta Azər Qaramanlı rəhbərlik edir.

PİA.az saytı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı, saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Biz siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmirik, tam obyektiv və müstəqil olaraq, xəbər yaymağa çalışırıq. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar