Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Polad Həşimovun xatirəsinə ithaf edilmiş kitabın təqdimatı keçirilib – Foto

İyulun 28-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş "Polad necə bərkdi" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Polad Həşimovun anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak ediblər.

Tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən kitabın müəllifi yazar İlqar Kamil kitab haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, kitabda Polad Həşimovun həyat yoluna çox böyük önəm verilir: “Bu kitab şəhid generalımız Polad Həşimov haqqında yazılıb. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, Polad Həşimov kimi şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gələcək nəsillərə ötürməliyik”.

Daha sonra hər kəsə təşəkkürünü bildirən Səmaya xanım deyib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Erməni xalqı yasda: Paşinyanın oğlu festivalda çaxır içir - Foto

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Binə ticarət mərkəzində özbaşınalıq: Ticarət Mərkəzinin ərazisi İrandan olan tacirlərə satılır?

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Prezident: Nəyə görə İran bunu 30 illik əsarət və işğala son verildikdən sonra edir?

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

Azərbaycan Prezidenti İran TIR-larının Qarabağa qanunsuz getməsinin qarşısının necə alındığını açıqlayıb

Ən çox oxunanalar