Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: “Vətənə dönməyin mümkün olduğu zamanı gözləmək lazımdır”

“Rusiya-Azərbaycan sərhədində toplaşan insanların tez bir zamanda vətənə qayıtması üçün mümkün olan hər şeyi edirik”...

Bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “RusiyaAzərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

"Mən fürsətdən istifadə edib, Dağıstan Respublikasının rəhbərliyinə, respublikanın sakinlərinə təşəkkürümü bildirirəm. Biz dəfələrlə vətəndaşlarımıza müraciət etmişdik ki, Dağıstan-Azərbaycan sərhədində toplaşmasınlar. Lakin insanları da başa düşmək olar. Onlar iş yerlərini itiriblər. Mən bir daha həmin insanları əmin etmək və son rəqəmləri açıqlamaq istəyirəm. Martı ayının ortalarından bu günə kimi 7500-dən çox Azərbaycan vətəndaşı vətənə dönə bilib. RusiyaAzərbaycan prezidentlərinin telefon danışığından sonra isə qısa müddət ərzində 400 nəfərdən çox vətəndaşımız Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə vətənə qayıdıb. Dünən 175 vətəndaşımız daşıyan təyyarə Moskvadan Bakıya uçub. Demək istəyirəm ki, mümkün olan hər şey edilir. Lakin bir az səbirli olmaq lazımdır. Anlaşılandır ki, bu çətindir. Vətənə dönməyin mümkün olduğu zamanı gözləmək lazımdır", - deyə diplomat qeyd edib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar