Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pol Robsonu Xruşovdan qəsdən aralayan, sonda onu söyən artist

içkili Pereverzevin müdhiş “cürət”i

Bəlkə də bu hadisə İosif Stalinin dövründə baş versəydi, dövrünün ən məşhur kino ulduzu olan, Stalin mükafatı laureatı, SSRİ xalq artisti İvan Pereverzev gecəylə güllələnər, ən azı Sibirə sürgünə göndərilərdi.

Maraqlıdır, milyonların sevimlisi olan populyar aktyor hansı əməlinə görə bu cəzaya məhkum ediləcəkmiş?

1958-ci ilin avqust ayında dünyada məşhur olan amerikalı müğənni və aktyor Pol Robson SSRİ-yə səfər edib. Həmin ərəfədə SSRİ-nin rəhbəri olan Nikita Xruşov növbəti məzuniyyətini Krımda keçirib. Amerikalı müğənni ilə Xruşovun görüşünü təşkil etmək üçün Kremldə qərara gəlinib ki, Pol Robsonu Krıma aparsınlar.

Xruşovun özü də Amerikanın tanınmış şəxsi ilə görüşməyə maraq göstərib. Təbii ki, o, adətinə uyğyn olaraq amerikalı qonağına kommunizmə gedən SSRİ-ni bu dəfə Krımdan nümayiş etdirmək arzusunda olub.

Qonağın gəlişi münasibətilə Krımda xüsusi hazırlıq işləri görülüb. Görüşdə iştirak etmək üçün Moskvadan dövlət məmurları və SSRİ-nin tanınmış mədəniyyət və incəsənət xadimləri Krıma yollanıblar.

Məhz həmin ərəfədə aktyor İvan Pereverzev də Krımda istirahətdə olub.

Pol Robson Krımda böyük təntənə ilə qarşılanıb. Amerikalı qonağı qarşılayanlar arasında İvan Pereverzev də olub. İlk sırada dayanan rus aktyor nəhəng fiziki görünüşü ilə Pol Robsonun diqqətini cəlb edib. Onlar elə ilk andaca tanış olublar. Hər ikisi incəsənət adamı olduğundan aralarında xoş münasibət yaranıb və elə Xruşovun Qara dəniz sahilindəki Livadiyski sarayında təşkil etdiyi görüşə də birlikdə gediblər.

Qeyd edək ki, adı çəkilən sarayda sovet rəhbəri amerikalı qonaq üçün son dərəcə təmtəraqlı bir görüş və ziyafət təşkil edib.
Qonaqlar hamısı saraya yığışıb. Sonda Nikita Xruşov təşrif buyurub. O, sarayda olanlarla görüşə-görüşə Pol Pobsona tərəf istiqamət alıb. Pobsonla Xruşov arasında 5-10 addım qalanda İvan Pereverzev Pol Robsonun qoluna girərək başqa səmtə çəkib. Əvvəlcə Xruşov elə düşünüb ki, özünü çox sərbəst aparan qonaq onu tanımayıb.

Bir az keçdikdən sonra qonaqlarla söhbət edən Xruşov növbəti dəfə Pol Robsona yaxınlaşmaq qərarına gəlib. Bu dəfə də arada 5-10 metr məsafə qalanda İvan Pereverzev yenə də Robsonun qoluna girərək onu başqa səmtə yönəldib.

Xruşov hiss edib ki, şəxsən tanıdığı İvan Pereverzev bunu qəsdən edir və çox pərt vəziyyətə düşüb. Çünki saraydakıların hamısı bilib ki, Xruşov bu qəbulu Pol Robsonin şərəfinə təşkil edib və onlar bu təntənədə görüşməlidirlər.

Xruşov üçüncü dəfə amerikalı qonağa yaxınlaşanda İvan Pereverzev yenə də onu uzaqlaşdırmağa cəhd edib. Amma bu dəfə Xruşov addımlarını sürətləndirərək hədəfinə yetişib. Pereverzev özünü qabağa verərək Xruşova öz “məqsəd”ini açıq şəkildə bəyan edib:

- Nikita Segeyeviç, istirahətimizə mane olmayın, uzaqlaşın bizdən.

Daha sonra o, fikrini daha kobud şəkildə ifadə edib (poşli vı na tri bıkvı, vaşu mat).

Şok vəziyyətinə düşən Xruşov bu həyasızlığa necə cavab verəcəyini ağlına belə gətirə bilməyib. Söhbətin nədən getdiyini anlamayan Pol Robson. nəhayət, onu anlayıb ki, qarşısında dayanan SSRİ-nin rəhbəri Nikita Xruşovdur. Və o, böyük nəzakətlə əlini ona uzadıb.

Sonradan məlum olub ki, iki aktyor Livadiyski sarayına gələnə qədər yaxşıca “vurub”lar. Yaradıcılıqdan söhbət edən iki məşhur üçün siyasət və Xruşov çox maraqsız görünüb, o cümlədən elə həmin təntənəli ziyafət də. Bax, elə buna görə kefi saz olan İvan Pereverzev Xruşovun anasını söyərək onu “lazım” olan yerə göndərib.

Bu görüşdən sonra Kreml məmurları elə düşünüb ki, Nikita Xruşov İvan Pereverzevi ən sərt cəzalara məhkum edəcək.

Amma yox, Nikita Segeyeviç bu məsələyə bir cümlə ilə yekun vurub:

- Danışan İvan Pereverzev deyildi, qarnına doldurduğu rus arağı idi...

Bununla da məsələyə son qoyulub.

Qeyd edək ki, İvan Pereverzev “Ulduzlara gedən yol”, “Tayqalı oğlan”, “İki döyüşçü”, “Doğma sahillər”, “Üçüncü zərbə”, “Moskvadan uzaqlarda”, “Admiral Uşakov” və digər onlarla filmlərdə çəkildiyi baş rollarla sovet kinosunun ən parlaq simalarından biri olub.

P.S. Bəlkə də bu hadisə sovet kəşfiyyatının ssenariləşdirdiyi bir hadisə olub və amerikalı qonağa SSRİ-də demokratiyanın, azadlığın olduğunu (hətta o qədər ki, bir aktyor dövlət başçısını söyə bilir) göstərmək məqsədi daşıyıb.

İlham Cəmiloğlu(Musavat.)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar