Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pol Qobl: "ABŞ səfirini tezliklə Bakıya göndərəcək"

Bu həftə Amerikanın Erməni Milli Komitəsi (AEMK) sevincək məlumat verdi ki, ABŞ Senatının Xarici işlər üzrə komitəsi Azərbaycana səfir təyinatını təxirə saldı

Virtualaz.org xatırladır ki, ABŞ prezidenti Donald Trampın Amerikanın Bakıdakı diplomatik missiyasının başçısı vəzifəsinə Erl Litsenberqerin təyin edilməsi barədə təklifi dərhal ABŞ-ın erməni diasporasında ciddi həyəcan doğurdu. AEMK Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunda böyük məsləhətçi postunu tutan peşəkar diplomata qarşı təbliğat kampaniyasına başladı.

Və bu da nəticə: Senatın Xarici işlər üzrə komitəsi Erl Litsenberqerin ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi üzrə səsverməni təxirə saldı. Erməni diasporası bunu özünün xidməti kimi qələmə verdi.

AEMK-nın icraçı direktoru Aram Ambaryananın sözlərinə görə, Amerika erməniləri Konqresin ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələrinə daha diqqətlə baxmaq qərarını alqışlayırlar, çünki ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Azərbaycana Amerika silahını satmağı təklif edib. Amma Con Boltonun bu təklifi ilk növbədə Yerevana ünvanladığını AEMK-də nədənsə yada salmamağı üstün tutublar.

Dinləmələrdə, hansında ki, Erl Litsenberqerin namizədliyinin müzakirəsi təxirə salınıb, məşhur erməni lobbisti, senator Robert Menendes "Azərbaycanın təcavüzkar ritorikası haqqında" bir sıra sualları verdi. Erli Lisenberqer onlara cavab olaraq bildirdi ki, ABŞ üç istiqamət üzrə işləyir: gücün tətbiq edilməməsi, ərazi bütövlüyünə hörmət və öz müqəddəratını təyin etmə hüququ.

Ancaq senator Menendesə bu kifayət etmədi və o, Amerika diplomatına digər məsələlərlə bağlı çoxlu suallar verdi və buna görə Amerikanın Erməni Milli Komitəsindən rəsmi minnətdarlıq aldı.

Bununla belə, ABŞ dövlət katibinin postsovet məkanı üzrə xüsusi müşaviri olmuş ekspert Pol Qobl virtualaz.org-a açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycana göndərmək istədiyi səfirin namizədliyinin müzakirəsinin təxirə salınmasınada erməni lobbisinin heç bir xidməti yoxdur.

"Hər şey təqvimlə bağlıdır. Dekabrda Senat üzvlərindən iş üçün daha çox vaxt tələb olunur, onlar sadəcə çatdırmırlar. Ona görə də senatorlar Amerikanın Bakıdakı dipmissiya başçısı postuna namizəd məsələsinə 1 yanvar 2019-cu ildən sonra qayıdacaqlar", - deyə Pol Qobl vurğulayıb.

Amerika eksperti onu da xüsusi vurğulayıb ki, ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı səsvermənin təxirə salınması heç bir halda Bakı və Vaşinqton arasında münasibətlərin səviyyəsinin hər hansı şəkildə düşməsi demək deyil.

pia.az


Etiket: Azərbaycan ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar