Çərşənbə axşamı, 24 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Podaqra xəstəliyi nədir? - Əlamətləri

Bədəndən uzaqlaşdırılması lazım olan maddələr, urik turşuya çevrilərək xaric edilir...

Urik turşu, purin deyilən madddələri məhv edən məhsuldur. Xüsusilə zülal quruluşda olan maddələrin xaric edilmə şəkli olan urik turşusunun xaric edilməsində bir problem varsa ya da daha çox istehsal edilirsə bu maddə orqanizmdə toplanır. Qanda olan miqdarı artır. Urik turşunun oynaqlarda yığılıb qalması nəticəsində burada iltihab əmələ gəlir. Bu problem Podaqra xəstəliyi adlanır.

Podaqra xəstəliyi,romatizmal bir xəstəlikdir. Digər xəstəliklərdən fərqli olaraq zaman zaman ortaya çıxır. Tez-tez ayaq baş barmağındakı iltihabla özünü göstərir. Xroniki bir xəstəlik olan podaqranın, qəti müalicəsi yoxdur.gut-hastalığı-392x250

Kişilərdə qadınlara nisbətən daha çox görülür. Podaqra xəstəliyi, ən çox 40-65 yaş arasında ortaya çıxır. Qadınlarda adətən menopauza dövründən sonra görülür. Gənclərdə görülməsi çox aşağı bir ehtimaldır.

SƏBƏBLƏRİ

Xəstəliyin səbəbi, urik turşu miqdarının qanda və toxumalarda artmasıdır.Urik turşu miqdarının artmasında bəzi amillər rol oynayır. Orqanizmdə urik turşu istehsalı ifrat dərəcədə artmışdır və ya urik turşunun böyrəklərdən atılmasında bir qüsur vardır.

Xroniki böyrək iltihabı olanlarda, sidik qovucu dərman istifadə edənlərdə, qandakı urik turşu miqdarı artır. Bəzi xəstəliklər, podaqranın ortaya çıxmasına səbəb olur. Bunlar; Şəkər xəstəliyi, yüksək təzyiq, köklük kimidir.

İrsi amillər,bir çox xəstəlikdə olduğu kimi, podaqra xəstəliyində də mühüm amildir. Doğuşdan gələn bəzi xəstəliklər podaqra üçün bir risk faktorudur. Kişilərdə daha çox görülür. Yaş irəlilədikcə podaqra görülmə riski artır.

Qidalanma tərzi daha əvvəllər mühüm bir səbəb olaraq görülsə də günümüzdə, bu xəstəliyə yoluxma riskində çox artım göstərdiyi müəyyən olunmamışdır. Ancaq alkoqol və siqaret çəkmək podaqraya səbəb ola bilər. Köklük podaqra xəstəliyi riskini artırmaqdadır.

ƏLAMƏTLƏRİ

Podaqra xəstəliyi əlamətlərini göstərərək yaranır. İlk əlaməti şiddətlidir. Oynaqlarda ağrı və şişmə olur. Xüsusilə ayaq baş barmağında görülür. Barmaq, çox həssaslaşır, şişmə, qızartı və ağrı hissi oyanır. Gecə ya da səhərə qarşı yuxudan oyadacaq qədər narahat edici bir ağrıdır.

romatizma_1238112139Oynaqlarda, duz kristalları yığıldığına görə hərəkət məhdudlaşdırılması görülür. Bundan başqa forma qüsurları, oynaqların vəzifəsini yerinə yetirməməsi kimi hallar ortaya çıxır. Bu duz kristalları, dəri altında, ovuc içində, barmaq uclarında da şişlərə səbəb olur. Bir zərəri yoxdur. Amma çox böyük olduğu hallarda çıxarılması lazımdır.

DİAQNOZU

İlk növbədə mütəxəssis bir həkimə müraciət etməlisiniz.Podaqra xəstəliyinin olduğunu düşündürəcək vəziyyət, qanda urik turşu miqdarının yüksək olmasıdır. Aparılan analizlərdə bu vəziyyət müəyyən olunur amma urik turşu miqdarının yüksək olması, podaqra xəstəliyinin olduğu mənasına gəlməz. Bundan başqa, podaqra diaqnozu qoyduracaq xüsusi bir qan testi yoxdur.
Rentgen də şişlərin görülməsini təmin edir. Amma qəti diaqnozun qoyulması üçün oynaqlardan alınmış mayedə, urik turşu kristallarının varlığını müəyyən etmək lazımdır. Bu oynaq mayesi, şişmiş və ağrılı olan oynaqdan götürülür.

Dr. Fuad Nəzərov

pia.az


loading...