Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Poçt şöbəsini 650 min manata satdı…”

“Emin Əfəndiyev heç nazirlə də hesablaşmır!”

“Azərpoçt” MMC-nin ötən il yenilənən rəhbərliyinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar kifayət qədər ciddi araşdırma predmeti təşkil edir.

Rabitə sektorundakı mənbənin “AzPolitika.info”-ya verdiyi məlumata görə, son zamanlar “Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar yavaş-yavaş “əriyir” – özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.

Rabitəçilər iddia edirlər ki, sonuncu dəfə belə bir “əməliyyat” «Azərpoçt» MMC-nin paytaxtdakı 2 saylı filialının 138 saylı poçt şöbəsində həyata keçirilib: “”Azərpoçt”un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan-başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçildilərək balaca bir otağa çevrilib. Məsələn, “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən 138 saylı Poçt Şöbəsinin də sahəsi satılıb. Şöbəyə əvvəlcə ATS-in binasında, sonra isə yeni açılan “Şəbəkə” xidmət mərkəzində yer verməklə kifayətləniblər”.

Qeyd edilir ki, həmin şöbənin yerləşdiyi əmlak “Azərpoçt”un rəhbərliyi tərəfindən satılıb: “100 kv.metrdən çox sahəsi olan poçt şöbəsi “Azərpoçt” rəhbərliyi tərəfindən 650 min manata satılıb. Ən maraqlısı odur ki, “Azərpoçt”un baş direktoru poçt şöbələrini satır, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürür…”

Mənbə qurumun rəhbəri Emin Əfəndiyevin hətta nazirlə də hesablaşmadığını iddia edir: “Maraqlı məqamlardan biri odur ki, baş direktor ya özü həddindən artıq sərbəst adamdır, ya da onun üçün bu cür sərbəstliyi yaradanlar var. Çünki o, hətta nazir Ramin Quluzadənin belə sözünə məhəl qoymur…”

Redaksiyamıza müraciət edən mənbə sonda rabitəçilərin “Azərpoçt”da baş verənlərlə bağlı narazılıqlarının nəzərə alınacağını və nəhayət, ölkə rəhbərliyinin, hüquq-mühafizə orqanlarının qurumdakı neqativ hallarla maraqlanaraq, ölçü götürəcəklərinə ümid etdiklərini bildirir.

Təəssüf ki, “Azərpoçt”un rəhbərliyi bu məlumatlara, şikayət və ittihamlara aydınlıq gətirmək istəmir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar