Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb”

Türkiyəli politoloq: “Terror təşkilatı Türkiyə və Azərbaycan ordularına təhlükə yarada bilməz”

Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla təsdiq edilmiş Azərbaycan ərazilərinə, xaricdən gətirilən erməniləri yerləşdirməsi prosesi davam edir. Son məlumatlara görə, Ermənistan Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra çox sayda ermənini Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinə yerləşdirməyi, həmçinin PKK terror qruplaşması üzvlərini Dağlıq Qarabağa göndərərək ermənilərə təlim keçməsini və PKK-nın burada yeni hücum dalğası yaratmasını planlaşdırır.

Həmçinin, Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi prosesində 250-yə qədər erməni əsgərinin də Suriyada PYD-YPG terror qruplaşması sıralarına qoşulduğu qeyd olunur. Erməni əsgərlərlə PKK arasındakı əməkdaşlığa Fransanın moderatorluq etdiyi, erməni əsgərlərinin Fransanın koordinasiyası ilə PKK terror qruplaşması ilə görüşlər keçirdiyi bildirilir.

Mövzuya dair AYNA-ya açıqlama verən türkiyəli tarixçi və politoloq Mehmet Perinçək Ermənistanla PKK-nın bundan əvvəl də əməkdaşlıq etdiyini deyib: “Hətta, Ermənistanda PKK düşərgələrinin olması, yaxud terroruçların Ermənistanda himayə edilməsinə dair məlumatlarımız da var. Bu isə, sadəcə Ermənistanla bağlı deyil, Yunanıstanın da PKK və digər terror qruplaşmalarına dəstək verməsi ilə bağlı məlumatlar yayılmışdı. Ermənistan terrorçuları həmişə himayə edib. Lakin hazırda həmin torpaqlarda PKK terrorçularının olub-olmamasını dəqiq deyə bilmərəm”.

Politoloq: “Avropa ölkələri qərarlarını yenidən gözdən keçirəcək”

“Çünki hal-hazırda PKK-nın vəziyyəti çox çətindir. Türkiyə ordusu PKK-ya həm öz torpaqlarımızda, həm Suriyada, həm də İraqda ağır zərbələr endirir. Ona görə də PKK-nın Ermənistana döyüşçü göndərəcək qədər gücünün qalması, belə bir imkana sahib olması şübhəlidir. Hazırda Türkiyə ordusu PKK-nı məhv edir və məhv etdiyi yerlərdə də öz gücünü möhkəmləndirir. Son zamanlarda həm Suriyada, həm İraqda, həm də Türkiyə ərazisində Türkiyə ordusu böyük əməliyyatlar keçirib və bu əməliyyatlar kifayət qədər uğurlu olub. Bu əməliyyatlar nəticəsində PKK böyük itkilər verib. Ona görə də PKK-nın Ermənistana 5-10 nəfər adam göndərməsi bizi qətiyyən qorxuda bilməz. Türkiyə və Azərbaycan iki böyük gücdür və iki qüvvətli orduya malikdir. Həmin ərazilərə terrorçuların getməsinin heç bir əhəmiyyəti yoxdur. Nə Türkiyə, nə də Azərbaycan ordusuna 3-5 nəfər terrorçu təhlükə yarada bilər”, - siyasi şərhçi bildirib.

Perinçək Türkiyə və Azərbaycanın hərbi müttəfiqlik və müdafiə sənayesi təcrübələrinə davam etməli olduğunu qeyd edib: “Bununla yanaşı, hər iki ölkənin diplomatik istiqamətdə dəyərləndirə biləcəyi imkanları da var. Belə ki, Rusiya ilə Ermənistan arasında müxtəlif problemlərin olmasına dair məlumatlar var. Xüsusən də Nikol Paşinyanın iqtidara gəlməsi nəticəsində yürütdüyü Qərbyönümlü siyasət Kremli narahat edir. Bununla yanaşı, Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər var və Astana sazişi uğurla davam edir. Türkiyə ilə Rusiya birlikdə Qərbin müdaxiləsinin qarşısını almaqda təcrübəli olduqlarını sübut ediblər. Hətta, Astana sazişini Qarabağda da tətbiq etmək olar və Türkiyə-Rusiya-İran bu istiqamətdə səylərini artıra bilər. Çünki Minsk Qrupunun uğursuz fəaliyyəti öz təsdiqini tapıb. Ona görə də Astana sazişini Qarabağda da tətbiq edib, problemin ədalətli həllinə nail olmaq olar”.

PKK terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə dair mənim dəqiq məlumatım olmasa da, onların Türkiyə və Azərbaycan ordusu kimi böyük orduları qorxuda bilməyəcəyi dəqidir. Hətta, problem belə, yarada biməzlər. Bundan əlavə, az əvvəl dediyim kimi, Türkiyə ordusu istər Suriyada, istər İraqda, istərsə də Türkiyə torpaqlarında PKK-ya göz açmağa imkan vermir. Ona görə də onların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə adam göndərəcək güclərinin olması məchuldur”, - müsahibimiz əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - Müsahibə

loading...

Ən çox oxunanalar