Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PKK-lı bələdiyyə sədrləri haqda mübahisəli qərarlar: Ankaranın məqsədi nədir?

Ankara HDP ilə PKK arasına sədd çəkərək öz qərarlılığını nümayiş etdirir...

Nevzat ÇİÇEK
“The Independent” qəzeti, Türkiyə, 19 avqust 2019-cu il

Türkiyə Daxili İşlər Nazirliyi Diyarbəkir, Mardin və Van Böyük Şəhər Bələdiyyə sədrlərini vəzifələrindən azad edib. Bələdiyyə sədrlərini terror təşkilatı PKK/KCK və onların davamçıları üçün işləməkdə ittiham edən nazirlik vilayət qubernatorlarını da bələdiyyə sədrinin vəkili kimi təyin edib. Buna əsasən, Diyarbəkir qubernatoru Həsən Bəsri Gözəloğlu, Mardin qubernatoru Mustafa Yaman və Van qubernatoru Mehmet Emin Bilməz bələdiyyə sədri təyin ediliblər.

Bu qərarlara MHP və İşçi Partiyası kimi dəstək verənlər və CHP kimi qarşı çıxan partiyalar da var. Sabiq prezident Abdullah Gül və sabiq Baş nazir Əhməd Davudoğlu bu qərarı tənqid edənlərin arasındadır. Əvvəlki illərdə keçirilən seçkilərdə HDP-li bələdiyyələr qəyyum yerlərinin çoxunu qazanmışdılar. Hökumət seçilmiş bələdiyyə sədrlərini vəzifələrindən uzaqlaşdırandan bəri hər kəs eyni sualı verir: Ankaranın məqsədi nədir?

Əslində, uzun müddətdir hər kəsə məlumdur ki, Ankara həm PKK ilə apardığı mübarizədə, həm də HDP-yə olan münasibətində MHP-nin dəstəyi ilə yeni bir konsepsiya yaradıb. Bu yeni anlayışa kənardan ən böyük dəstəyi verən Vətən Partiyasıdır.

Hökumətin verdiyi bu qərar yeni konsepsiyada dövlət qərarı kimi öz əksini tapıb. Məlumdur ki, mübarizənin qanuni səviyyədə olacağı bu konsepsiyada HDP ilə PKK arasına sədd çəkmək istəyirlər. Həmçinin, vurğulanır ki, PKK ilə silahla, cinayət törədənlərlə isə hüquqi və inzibati şəkildə mübarizə aparılacaq və qəyyum qərarları da buna uyğun şəkildə inkişaf edəcək.

Ankara qəyyum qərarları ilə birlikdə əvvəla HDP-yə leqal sahədə təzyiq göstərir və bu məsələdə dövlətin necə qərarlı olduğunu nümayiş etdirir. Bunun üçün isə əsas olaraq ictimai qaynaqları PKK-dan uzaq tutduğunu və qanunlara əməl edilməli olduğunu bildirib.

Bu qəyyum qərarları ilə birlikdə PKK-ya: “Bələdiyyələri əlaltıya çevirməyinə icazə verməyəcəyəm”, deyilir: “Sənin sahəni mütləq daraldacaq, pul və ətrafındakıları da əlindən alacağam”.

Respublika İttifaqının daha da güclənəcəyinə inanan hökumət nümayəndələri məsələyə yenə ölkənin gələcəyi üzərindən yanaşırlar. “Həm PKK, həm də müxtəlif şəxslərlə üzə çıxacaq olan terror təşkilatları bilirlər ki, onların axırına çıxacaq olan ən böyük qüvvə milli mübarizədir. Mövcud sistem iqtidara bu gücü verir, parlamenti təhdid edən hiyləgər, siyasi terroru isə təsirsiz hala gətirir”, deyərək Respublika İttifaqının bu məsələdə çox önəmli olduğunu vurğulayırlar.

HDP-nin verəcəyi qərarı çox önəmli hesab edən mənbələr HDP-nin bağlanması təhlükəsinin olmadığını qeyd ediblər. Lakin onların fikrincə, HDP bu yeni konsepsiyaya uyğunlaşmalıdır. Öcalanın bu məsələdə HDP-yə qarşı olan tənqidləri də xeyli diqqət çəkib: “Bu məsələdə 1921-ci il Konstitusiyasının və Birinci Məclisin xatırlanmaması hələ HDP-yə tam aydın olmayıb. HDP türk-kürd münasibətlərinin tarixi yönünü kifayət qədər müzakirə etmir və bu məsələləri müzakirə edən, tarixi təhlillər edən şəxsləri də görə bilmir”.

Qısa müddət ərzində böyük şəhərlərdə yaşayan kürdlər başda olmaqla, bütün kürdlərlə AKP arasına məsafə girəcəyini bildirən mənbələr düşünürlər ki, bu vəziyyət zamanla düzələ bilər və güclü bir strategiya ilə şəhərləri narahat etmədən prosesi davam etdirmək mümkün olar.

Qeyd edilir ki, Ankara bu yeni təyinatlarla həm PKK-ya, həm də Suriyadakı YPG-yə necə qərarlı olduğunu göstərir.

Abdullah Öcalanın göndərdiyi məktub da çox önəmlidir və PKK ilə mübarizə apararkən heç bir şey təəccüb doğurmayacaq. Görünür, Ankara yeni konsepsiyasını tətbiq edərkən bir tərəfdən də Respublika İttifaqından aldığı dəstəklə - “dövlət zəkası” - ilə PKK-ya qarşı mübarizə aparmaq istəyir. Bu yolda HDP-nin də ona dəstək olmasını gözləyir.

Abdullah Öcalan: “Məncə, bir həftədə toqquşma ehtimalını ortadan qaldırmaq olar. Mən həll edə bilərəm, özümə güvənirəm. Amma dövlət də, dövlət zəkası da nə lazımdırsa, etməlidir”, deyirdi. Dövlət zəkası deyəndə kimin nə başa düşdüyünü bilmirik, amma zamanla öyrənəcəyik.

Sentyabr ayında PKK silahı atacaq, yoxsa təhlükəsizlik siyasətləri ilə birlikdə toqquşmalar daha da dərinləşəcək?

Ankaranın mövqeyi göstərir ki, dövlət qanuni siyasətlə silahlı siyasət arasında fərq qoymaqda qərarlıdır. Bu qərarlılığın nəticəsini yaxın günlərdə görəcəyik.

Suriya məsələsi ilə birlikdə keçiriləcək əməliyyat da bu prosesə təsir edəcək. Lakin artıq dəqiqdir ki, əgər yeni seçki keçirilməsə, bu konsepsiya zamanla həyata keçiriləcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar