Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvəndlərə zərər vuran əczaçını 20 il həbs gözləyir

ABŞ-da bir əczaçı koronavirus peyvəndlərinin insanlara zərər verdiyini düşünərək, yüzlərlə peyvənd dozasını soyuducu anbardan çıxardığını etiraf edib. Məlum olduğu kimi peyvəndlər xüsusi soyuducularda saxlanılmazsa, öz təsirini itirir.

Musavat.com BBC Türkçə-yə istinadən bildirir ki, ABŞ prokurorluğunun araşdırmasına görə Vinkonsin əyalətinin Qrafton bölgəsində yaşayan 46 yaşlı Stiven Brandenburq iki gecə növbəsində 570 dozalı 57 "Moderna" peyvəndini soyuducudan çıxararaq, saatlarla bayırda saxlayaraq, yenidən yerinə qaytarıb. Məsələdən xəbərsiz həmin peyvəndlər 57 nəfərə vurulub.
Bu addımına görə Brandenburqu 20 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

Araşdırma zamanı o da məlum olub ki, adı çəkilən əczaçı başda "Moderna" olmaqla, digər bütün peyvəndlərə şübhə ilə yanaşır.

Qeyd edək ki, ABŞ yoluxma sayına görə aylardır ki, dünya ölkələri arasında liderdir. Bu günə qədər ölkədə 26,1 milyondan çox insan koronavirusa yoluxub, onlardan 440 minə yaxın nəfəri dünyasını dəyişib.

pia.az 


Etiket: Peyvənd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar