Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peterburqda azərbaycanlı milyarderə “heykəl” qoydular

Ötən gün noyabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişovun şirkəti tərəfindən tikilməkdə olan ticarət mərkəzinin qarşısına onun “heykəlini” qoyublar

Virtualaz.org Peterburq saytlarına istinadən xəbər verir ki, fəallar bununla 30-cu illərə qədər qəbiristanlıq olan və müharibə dövründə blokada qurbanlarının dəfn edildiyi ərazidə ticarət mərkəzinin tikilməsinə etirazlarını bildiriblər.

Məmişovun şirkəti həmin ticarət mərkəzini “Sputnik” kinoteatrının yerində inşa edir, tikinti sahəsinin bir hissəsi qəbiristanlıq ərazisinə düşür və bir neçə ildir şəhər sakinləri biznesmenin bu layihəsinə qarşı çıxırlar.

Nəhayət şəhər sakinləri Nevsk rayon administrasiyasına kollektiv məktub yazaraq heç olmasa qəbiristanlıq ərazisində xatirə abidəsinin qoyulmasını xahiş ediblər. Amma onların müraciətinə müsbət cavab verilməyib. Onlar deyirlər ki, ərazidə ticarət-əyləncə mərkəzi ilə yanaşı ən uzağı blokada qurbanlarının və müharibədə həlak olan hərbçilərin xatirəsinə “xatirə nişanı” qoyulacaq. Nəticədə fəallar özləri ərazidə “heykəl” qoymaq qərarına gəliblər.

“Antikorrupsiya nişanı” adlı bu “heykəli” blokada qurbanlarının və döyüşçülərin nəvə-nəticələri hazırlayıblar. “Heykəlin” üz tərəfində “Vaqif Məmişovdan şəhərə hədiyyə” sözləri yazılmış lövhə asılıb. “Heykəlin” əlində isə kərpic var. Bu, tikilməkdə olan ticarət-əyləncə mərkəzinin simvoludur. Müəlliflər “heykəlin” əlindən 30 gümüş pul qoyulmuş kisə asıblar. Onların fikrincə bu şəhər məmurlarının nəinki “atalarının qəbrini”, eləcə də öz ruhlarını satmağa hazır olduğu rüşvətin məbləğini göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar