Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: ABŞ səfirliyinin açıqlaması Rusiyanın daxili işlərinə müdaxilədir

Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov yanvarın 23-də keçirilən icazəsiz aksiyalar barədə ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlamanı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

PİA.az-ın məlumatına görə, D. Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib ki, ABŞ səfirliyi Rusiyanın 38 şəhərində keçirilən aksiyalar barədə xəbərləri izlədiklərini, dinc aksiyaları və ifadə azadlığını dəstəklədiklərini, hakimiyyətin həyata keçirdiyi tədbirlərin isə bu hüquqların qarşısını almağa yönəldiyini bildirib.

D. Peskov qeyd edib ki, bu, qeyri-korrekt münasibət, dolayı yolla Rusiyanın daxili işlərinə müdaxilə, ölkədə qanunların pozulmasına dəstəkdir: “Əgər Rusiya səfirliyi ABŞ-da iğtişaşlar davam edən zaman bu formada münasibət bildirsəydi, bu, Vaşinqtonda müəyyən diskomfort hissi yaradardı. Ona görə də həmkarlarımıza həmişə bu situasiyalarda özlərini təsəvvür etmələrini məsləhət görürük”.

D. Peskov yanvarın 23-də Moskva və digər şəhərlərdə keçirilən aksiyalarda iştirak edənlərin sayının Rusiya Prezidenti Vladimir Putini dəstəkləyənlərlə müqayisə çox az olduğunu vurğulayıb: “Hazırda bir çoxları icazəsiz aksiyalara çoxlu insanın çıxdığını söyləyir. Xeyr, aksiyalara az insan çıxıb, insanların çoxu Putinə səs verir. Eyni zamanda insanların çoxu Konstitusiyaya dəyişikliklərə səs verib. Əgər rəqəmlər müqayisə olunsa, aksiyalarda iştirak edənlərin sayının nə qədər az olduğunu anlayarsınız. Bütün fikirlərə hörmətlə yanaşırıq, ancaq qəti olaraq qanunsuz aksiyalara qarşıyıq”.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ səfirliyinin açıqlamasının ikitərəfli münasibətlərə neqativ təsir göstərdiyini bəyan edib.

Qeyd edək ki, dünən Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar