Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşəkarların aşağılanması… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”

Rusiyadakı durum Azərbaycanda da hakimdir!

Rusiyada «oxumamış»lar və «istedadsız»lar özunü elita elan edib. Bu, milli təhlükəsizliyə başlıca təhdiddir! Nədən ki, ölkənin inkişafına töhfə verə bilənlər, bu halda hakimiyyətin düşməninə çevrilirlər.

Mən, ilk səhifəsini İvan Qolunov işinə həsr etmiş «Kommersant» və «Vedemosti» qəzetlərini almaq istəyirdim. Amma evdən çox gec çıxdığımdan, artıq onları alıb qurtarmışdılar. Hər nə isə bu da ədalətlidir: axı mən, lap çoxdan bu qəzetləri oxumaqdan əl çəkmişəm. Əmin idim ki, artıq heç kimə lazım olmdığından Rusiyada jurnalistika ölüb…

Birdən, o, hələ də diri olduğunu büruzə verdi. Və hətta hava haqqında xəbər və gənclər üçün «dəb» uyduran ən əhəmiyyətsiz müxbir belə, son günlər öz gözündə bir qədər böyüyüb. Çünki KİV-də yalnız əmək haqqına işləmək özünə hörmət edən hər hansı peşəkar üçün indi rəzalət sayılır.

Söhbət, əlbəttə ki, təkcə mediadan getmir. Peşəkarların aşağılanması bütün sahələrdə – təbabətdən tutmuş, aviasiya yaradıcılığına, elmdən tutmuş idmana qədər – muasir Rusiyada müşahidə olunan qorxunc əlamətdir…

Rusiyada qarşıdurma xətti bu gün «liberal»larla «mühafizəkar»lar və ya «Kreml qüllələri» arasında o qədər getmir (bütün bunlar süni şəkildə cəmiyyətə sırınan konstruksiyalardır), nəinki peşəkalarla «oxumamışlar» arasında gedir. Uzun illər ərzində yanlış kadr seçimi sayəsində məhz soyuqqanlı «istedadsızlar» hakimiyyəti əl keçirərək, özlərini elita elan ediblər.

Mütəxəsislər üçün 3 yol qalıb: ixtisasdan (peşədən) getmək, ölkədən getmək və ya alçalmaqla, öz iş yerində «ömrü başa vurmaq». Yəni, dəhşət içində ömürlərini həsr etdikləri işin necə deqradasiyaya uğradığını müşahidə etmək!

Kosmik və aviatikinti sahələrində qalmaqallı uğursuzluqlar – məhz peşəkar konstruktorların aşağılanmasının nəticəsidir. Bu ki, milli utancdır – vətəndaşlarımız yalnız uçuşdan əvvəl ilk olaraq, öyrənirlər ki, reys hansı təyyarədə planlaşdırılır və biletləri səs-külü «Suxoy» geri qaytarır…

Şeremetyevodakı yük kollapsı menecerlərin yanlış seçiminin nəticəsidir – onlar yay mövsümündə ən sadə kadr seçimi sahəsində yük fəhlələrinin toplanması problemini həll etmək iqtidarında olmurlar…

Səs-küylü dopinq qalmaqalı – peşəkar idmançıların metodik şəkildə aşağılanmasının nəticəsidir. İdmançılar ölkə rəhbərinin imperiya oyununun girovuna çevrilirlər. Jurnalistlərin İvan Qolunovun müdafiəsi üçün təkbaşına piket keçirdiyi günlərdə bizim yüngül atletlər öyrəndilər ki, Rusiyanın yüngül atletikası yenidən «diskvalifikasiya» edilib və həm də qeyri-müəyyən müddətə…

Və bu məqamda ən dözümlülərin də səbri tükənir. «Biz, nə qədər lazımdırsa, özunümüdafiə ilə məşğul ola bilərik və ondan söhbət edə bilərik ki, Qərb bizim yüngül atletlərdən necə qorxur… Yalnız kağız üzərində yerinə yetirilmiş «yol xəritələrinin» nəticələrindən nə qədər istəsən, danışa bilərik. Amma son illər yüngül atletikaya bizim özümüzün etdiklərimizə heç bir kağız dözə bilməz. Ümid edirəm ki, bu sonsuz «pozor»la əlaqəsi olan insanların getmək üçün qətiyyəti çatacaq. Özləri…» - deyə, hündürlüyə tullanmaq üzrə iki dəfə dünya çempionu Mariya Lasitskene öz «İnstaqram»ında yazıb…

Həkimlər lap çoxdan aşağılanıb, həm də iki dəfə. Bir tərəfdən «Rosstat»ın hesabatlarında ləyaqətli sayılan rüsvayçı əmək haqqıya layiq görülməklə… Digər tərəfdən də əmək haqlarını baş həkimlərin qazanclarından asılı olaraq əldə etməklə…

Sosioloqlar aşağılanıblar - prezidentin mətbuat katibinin qaşlarını çatması əsasında reytinq uydurulması ilə. Onsuz da onlara sadəcə, gülürlər…

Müəllimlər aşağılanıb – seçki məntəqələrində əlavə qazanc üçün vurnuxan və Vətən övladlarına «uğursuzluq metodikası» öyrətməyə məcbur edilən müəllimlər…

Bu siyahını artırmaq da olar – ölkədə aşağılanmış peşəkarların hamısını sadalamaq mümkün deyil. Şübhə etmirəm ki, belələri həm polisdə, istintaq komitəsində, həm məhkəmələrdə və sair yerlərdə də yetərincədir. Axı orada heç də hamı «narkotik tullamaq»la, başqasının biznesini sıxışdırmaqla və bir telefon zəngi ilə qərar çıxarmaqla məşğul deyil!

Belədə, bəlkə əli təmiz polislərin, hakimlərin də təkbaşına piket keçirməsinin, əldə plakat – «Mən/biz – İvan Qolunov(vuq) am!» qışqırmağının vaxtı da çatıb? Zarafatsız!

Axı araşdırmaçı-jurnalist dövlətin düşməni deyil və əslində, polisin və prokurorun könüllü köməkçisidir. Ancaq mən, xatırlamıram ki, ölkəmizdə hansa bir jurnalist araşdırması cinayət işi qaldırılması bir yana qalsın, heç olmasa, xidməti yoxlamaya səbəb olsun…

Onu bilmək lazımdır ki, peşəkar jurnalistsiz, həkimsiz, müəllimsiz, mühəndissiz, menecersiz tezliklə ölkədən əsər-əlamət qalmayacaq. Ya Rusiya peyki kimi alışıb-yanacaq, ya da bütün həkimlərin axırına çıxandan sonra, vətənin yerində yalnız «dəfn mafiyası» qalacaq...

Viktoriya Voloşina
Tərcümə etdi: Azpolitika.info


Etiket: Rusiya elita


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar