Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə təhsili pilləsinə tələbə qəbuluna başlanılır

"Bu gündən peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır".

Bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, ilk dəfə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Qeydiyyat müddəti 10-24 avqust tarixlərini əhatə edəcək: "2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. İlk dəfə olaraq tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Bura əsasən turizmlə bağlı ixtisaslardır, amma kənd təsərrufatı, digər sahələr üzrə də ixtisaslar var".

O bildirib ki, peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, qəbul olmaq istəyənlər qəbul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyat keçməlidirlər.

pia.az


Etiket: Peşə təhsili


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar