Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə məktəbləri oktyabrın 15-dək distant fəaliyyət göstərəcək

Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesi 15 oktyabr tarixinədək distant olaraq davam etdiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, oktyabrın 15-dən etibarən tədris prosesinin hibrid olaraq - əyani və distant formalarda davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrində tədrisin əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonlarda yerləşən peşə təhsili müəssisələrində isə həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, distant tədrisin təşkili zamanı əsasən nəzəri modul və fənlərin tədrisinə üstünlük verilir. Distant dərslər virtual məktəb platforması üzərindən təşkil edilir və dərs saatının müddəti 30 dəqiqə müəyyən edilir. Sözügedən tədris prosesinin təşkili zamanı həmçinin teledərslərin izlənməsi xüsusi ilə təşviq edilir.

Əyani tədrisin təşkili zamanı dərslər yarımqruplar şəklində, qrupda tələbə sayı 15 nəfərdən az olduğu təqdirdə isə tam qrup şəklində aparılacaq. Riyaziyyat, azərbaycan dili, xarici dil və çağırışaqədərki hazırlıq kimi fənlərinin tədrisi əyani formada aparılacaq. Həmçinin tədris dili rus dili olan tədris qruplarında rus dili əyani tədris ediləcək. Dərslər növbəli cədvəl əsasında təşkil olunacaq, bundan əlavə modul və fənnin nəzərdə tutulan ümumi dərs saatları saxlanılmaqla, təlim nəticələri üzrə mövzular birləşdirilərək yarımqruplarda tədris ediləcək. Ümumtəhsil fənləri üzrə əyani dərslər həftədə 3 dəfə tətbiq edildikdə həftəlik əyani tədris saatı 6 saat, həftədə 2 dəfə tətbiq edildikdə 4 saat, rus bölməsi üzrə isə 5 saat təşkil edir əyani tədris formasında dərs saatı 30 dəqiqə müəyyən edilir.

İstehsalat təlimi və modul üzrə praktiki dərslərdə 2 dərsin birləşdirilərək tədris edilməsi nəzərdə tutulur. Modullar blok formada ayrılmış cəmi dərs saatının miqdarı dəyişmədən onun tədrisinə ayrılan həftələr qısaldılaraq tədris ediləcək. Modul üzrə qiymətləndirmə bütün təlim nəticələrinin tədrisi başa çatdıqdan sonra 2 həftə ərzində aparılacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar