Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: "Şahdəniz”dən illik hasilat 27 mlrd kubmetrə qədər artacaq"

“Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə Gürcüstan və Türkiyə bazarlarından sonra Azərbaycan təbii qazı ilk dəfə olaraq Avropa bazarına daxil olacaq. 16 mlrd kubmetr qazın Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropanın istehlakçılarına çatdırılmasının artıq gerçəyə çevrildiyi, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərinin gələcəkdə əlavə qaz həcmlərinin nəqlini təmin edə biləcək genişlənmə potensialına malik olduğu, cari ilin on ayı ərzində Türkiyəyə qaz ixracının 20 % artdığı diqqətə çatdırılıb”.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bu gün keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Nazirlərinin Dəyirmi Masasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın müəllifi olduğu enerji layihələrinin regionun və Avropanın enerji xəritəsini dəyişdirib. Bizim əsas hədəfimiz enerji təhlükəsizliyinin təmini və bu prosesdə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında möhkəm əməkdaşlığa nail olmaqla qlobal inkişafa töhfə verməkdir.

“Ölkəmizdə bu il 38 mlrd kubmetr proqnozlaşdırılan qaz hasilatının 2024-cü ildə təxminən, 50 mlrd kubmetrə çatacağı gözlənilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi olan “Şahdəniz” yatağından illik hasilatın bu il 19 mlrd kubmetr, 2024-cü ildə isə 27 mlrd kubmetrə qədər artacağı proqnozlaşdırılır”, - deyə o bildirib.

P.Şahbazov bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Azərbaycanın 30 illik münaqişəyə son qoyan tarixi qələbəsinə toxunub, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin edən bu möhtəşəm qələbənin qaz təchizatı, enerji təhlükəsizliyi, o cümlədən regional təhlükəsizliyin də möhkəm qarantı olacağını qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də GECF Nazirlərinin Dəyirmi Masası işinə başlayıb. Noyabrın 12-də isə GECF Nazirlərinin 22-ci Görüşü keçiriləcək. Onlayn formatda təşkil olunan görüşlərdə təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da iştirak edir. Tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela kimi GECF üzv ölkələri ilə yanaşı, müşahidəçi üzvlər Azərbaycan, İraq, Qazaxıstan, Malayziya, Norveç, Oman, Peru və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr də iştirak edirlər.

Xatırladaq ki, 12 noyabr tarixində Bakı vaxtı ilə saat 16:00-da başlayacaq GECF Nazirlərinin 22-ci Görüşünün açılış sessiyasında da energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar