Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov: Azərbaycan neft bazarında balansın saxlanmasının tərəfdarıdır

Azərbaycan apreldə OPEC+ çərçivəsində sazişin icrası üzrə göstəriciləri yaxşılaşdırmağa ümid edir

Bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Məlum olduğu kimi, 2018-ci ilin dekabr ayında biz OPEC+ sazişi çərçivəsində üzərimizə yeni öhdəliklər götürdük. Lakin hələlik onlar tam icra olunmayıb. Biz bu saziş çərçivəsində öhdəliklərimizin həyata keçirilməsi çərçivəsində fəal çalışırıq və gələn il göstəricilərimizi yaxşılaşdırmağa ümid edirik”, - deyə P.Şahbazov bildirib.

Həmçinin, nazir vurğulayıb ki, OPEC+ ilə əməkdaşlıq çərçivəsində 2,5 il ərzində Azərbaycan qəbul olunan qərarlar çərçivəsində öz öhdəliklərini tam yerinə yetirib.

“Biz bu əməkdaşlığı davam etdirmək, gələcəkdə OPEC+ formatını dəstəkləmək və onun fəal iştirakçısı olmaq niyyətindəyik. Biz görürük ki, nəinki Azərbaycanın, həm də kartelə və OPEC+-a daxil olan ölkələrin fəal iştirakı bazarda balansın təminatı məqsədilə yaxşı nəticə verir”, - nazir qeyd edib.

Xatırladaq ki, dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldacaqlar.OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azaltmağa dair öhdəlik götürüblər. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.

Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barel - 776 min barelədək azaltmaq öhdəliyi götürüb.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar