Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon “zənci qiyamı”nı yatırmaq üçün şəhərə qoşun yeridir

ABŞ Müdafiə Nazirliyi Minnesota şəhərinin Minneapolis şəhərində iğtişaşları yatırmaq üçün qoşun yeritməyə hazırlaşır...

PİA.az xəbər verir ki, “Associated Press” bu haqda müdafiə nazirinin əmri ilə şəxsən tanış olan üç mənbəyə istinadən bildirir.

Xatırladaq ki, bir neçə gün əvvəl ağdərili polislərin şəhərdə qaradərili Corc Floydu öldürməsindən sonra Minneapolisdə qaradərililərin güclü iğtişaşları və qiyam başlayıb. Onlar şəhərdə ictimai binaları, bankları dağıdır, polis məntəqələrinə od vurur.

Agentlik qeyd edir ki, Amerika şəhərinə qoşun yeridilməsi Müdafiə Nazirliyi üçün olduqca nadir hadisədir. Əmrə əsasən Pentaqonun Şimali Karolina və Nyu-Yorkda dislokasiya olunmuş hərbi polis bölmələri müvafiq sərəncamın daxil olmasından sonrakı 4 saat ərzində Minneapolisə yeridilməlidir. Habelə Kolorado və Kanzas ştatlarındakı hərbi polis bölmələri də belə əmr alıb. Qaradərililərin qiyamının davam etdiyi şəhərə minə yaxın hərbçinin yeridilməsi planlaşdırılır.

Pentaqondakı yüksək rütbəli mənbənin bildirdiyinə görə, həmin əmr prezident Donald Trampın müdafiə naziri Mark Esperə Minneapolisdə vəziyyətin nəzarətdən çıxma ehtimalına qarşı mümkün cavab variantları hazırlamaq göstərişindən sonra verilib.

Şəhərə artıq Milli qvardiya bölmələri və zirehli texnika yeridilib, komendant saatı tətbiq edilib. Etirazçılar qaradərilinin həbsi zamanı ona fiziki güc tətbiq edib öldürən polislərin həbsini tələb edir. (Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar