Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon 2025-ci ilə qədər nüvə silahı üçün xərclərini açıqladı

Pentaqon nüvə silahının modernləşdirilməsi və etibarlılığının təmin edilməsi üzrə beşillik plan çərçivəsində ABŞ Konqresindən təqribən 167 milyard ABŞ dolları tələb etməyi planlaşdırır...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Müdafiə Nazirliyi nüvə üçlüyünə xərcləri ilbəil artırmaq niyyətindədir. 2021-ci il maliyyə ilində (1 oktyabr 2020-ci ildən başlayacaq) prezident Donald Trampın administrasiyası müvafiq hərbi proqramlar üçün 28,9 milyard ABŞ dolları ayırmağı planlaşdırır. Pentaqonun sonrakı maliyyə illəri üçün uyğun olaraq, 30 milyard, 33 milyard, 37 milyard və 38 milyard ABŞ dollar istəyəcəyi bildirilir.

Agentlik nüvə silahının modernləşdirilməsi ilə bağlı beşillik planın təfərrüatını çərşənbə günü müdafiə naziri Mark Esperin açıqlaya biləcəyini yazıb. Belə ki, nazir bu gün Konqresin Nümayəndələr Palatasının Hərbi Qüvvələr Komitəsində ölkənin gələn il üçün hərbi büdcəsi ilə bağlı iclasında çıxış edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar