Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pensiyaların nə qədər artacağı açıqlandı - Video

Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinin, müharibə əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının sosial vəziyyəti araşdırılır və buna uyğun olaraq dəstək tədbirləri həyata keçirilir.

PİA.az xezerxeber.az-a istinadən bildirir ki, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Anar Kərimovun sözlərinə görə, bu kontingentdən olan şəxslərin məşğulluğunun təmin edilməsi də prioritetlərdən biridir:

"Qısa müddət ərzində 250-yə yaxın vətəndaş işlə təmin edilib, 1550 nəfər özünəməşğulluq proqramlarına cəlb olunub. Bununla yanaşı 150 hərbçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial reablitasiya mərkəzlərində müalicə alıb, 200-dən artıq müharibə iştirakçısına reabilitasiya vasitələri verilib, 8 hərbçi isə protezlərlə təmin edilib".

Nazir müavini ikinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin və müharibə iştirakçılarının avtomobil və mənzil təminatından da danışıb.

Anar Kərimov deyib ki, son iki il ərzində sosial ödənişlərdə nəzərəçarpacaq dərcədə artım olub. Pensiya, təqaüd və müavinətlərlə bağlı islahatlar bu il də davam edəcək.

Yaşa görə pensiyanın orta aylıq məbləğinin 370 manata, əmək pensiyalarının orta aylıq məbləğinin isə 340 manata çatması gözlənilir. 

Qeyd edək ki, son iki il ərzində sırf sosial ödənişlərin həcmində 1 milyard manat artım olub.

piaaz


Etiket: Pensiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar