Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pensiya yaşı 60 yaş hesablanmalıdır” – Təşəbbüs

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda bu ilin əvvəlində 1228,8 min pensiyaçı olub. Ancaq 2017-ci il iyulun 1-nə olan məlumatda isə Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçının qeydiyyatda olduğu bildirilib.

Rəsmi açıqlamaya görə, ötən 3,5 ildə pensiyaçıların sayı ümumilikdə 100 min azalıb. Üstəlik, əmək pensiyaçılarının sayında da azalma var. 3,5 il əvvəl 1328,4 minin 59,4 faizi yaşa görə pensiyaçıların payına düşüb.3,5 il sonra isə 1228,8 minin cəmi 58,3 faizi yaşa görə pensiyaya çıxanlar idi.

2017-ci il iyulun 1-dən Azərbaycanda pensiya yaşı artırılıb. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmalıdır. Buna qədər kişilərdə pensiya yaşı 63, qadınlarda isə 60 olub.

İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli də pensiyaçıların sayının 100 min azaldılmasını AzadliqRadiosuna şərh edərkən xatırladıb ki, Milli Məclisdə 4 il əvvəl qəbul edilən qanuna görə pensiyaya çıxmaq müddəti uzadılıb: “Hazırda qadınların pensiyaya çıxmaq yaşı 62-dir, hər il də yarım il artırılır. Kişilər isə 65 yaşda pensiyaya çıxır. İkinci amil bu günlərdə açıqlandığı kimi, müvafiq nazirliyin 90 minə yaxın pensiya işinin ləğv etməsi ilə bağlıdır. Başqa bir səbəb yaşlı insanlar arasında vəfat edənlərin sayının artmasıdır”.

“Pensiyaçıların sayı belə azalırsa, pensiya yaşının azaldılmasına yenidən baxılmalı deyilmi” sualına gəldikdə, Nazim Bəydəmirli bildirib ki, pensiya təminatı klassik anlamda işləyənlərin vəsaiti hesabına pensiyaçıların saxlanılmasıdır: “Qanunda da pensiyada qalma müddəti 12 il götürülür. Əgər BMT-nin hesabatında Azərbaycanda orta yaş həddi 72-dirsə, aşağı-yuxarı 6-7 il pensiyada qalma müddəti var. Ona görə sual yaranır, niyə pensiyaya çıxma yaşı artırılır? Görünən odur ki, Dövlət Sosial Müdafiə Fondu yığılan vəsaitlərlə pensiya təmin etməyin mümkünsüz olduğunu hesab edir. Bu mənada hökumətlər pis idarəetmə səbəbindən pensiya pulunu tapmırlar deyə pensiyaya çıxma yaşını artırırlar. Bu ənənə çox pisdir, məncə, pensiya yaşı 60 yaş hesablanmalıdır”.

Deputat Vüqar Bayramov da keçmiş həmkarı kimi 2017-ci ildən Azərbaycanda pensiya yaşının artırıldığını xatırladıb. O vurğulayıb ki, ondan sonra hər il pensiya yaşı 6 ay artırılır (65 yaşa çatana kimi): “2020-ci ilin iyulunda kişilərin pensiya yaşı 65, qadınlarda isə pensiya yaşının artırılması prosesi davam edir… O baxımdan bu dəyişikliklər saya təsir edən amillərdən oldu.”

Deputat eyni zamanda vurğulayıb ki, əmək pensiyaçıları ilə bərabər əlilliyə görə pensiya alanların sayında da azalmalar var: “Azərbaycanda əlillərin ümumi göstəricisi əhalinin 6 faizini təşkil edir. Amma əlilliyə görə pensiya alaların payı ümumi pensiya alanların 30 faizidir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 12-20 faiz ətrafında dəyişir. Son illərdə 17 min saxta əlillik təyinatları aşkar olunaraq ləğv edilib. Bu da pensiya alanların sayına təsir göstərib”.

Vüqar Bayramov təklif edir ki, qadınların pensiya yaşı kişilərin pensiya yaşından fərqləndirilməlidir: “Qadınların kişilərə nisbətən daha tez pensiyaya çıxmasını təklif edirik”.

“Xüsusən də 60 yaşdan sonra qadınların dəstəyə daha çox ehtiyacı var, həmin yaş dövründə onların sosial təminata ehtiyacları çox olur. Ona görə də biz bəzi inkişaf etməıkdə olan ölkələrdə olduğu kimi qadınların kişilərə nisbətən daha tez pensiyaya çıxmasını təklif edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar