Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn müxalifətin seçkisonrası taktikasını açıqladı

“Xalq parlamenti” formalaşdırılır...

“2010-cu il parlament seçkilərindən sonra formalaşdırılmış “İctimai Palata”nın yeni modifikasiyası yaradıla bilər”.

Bu fikirləri açıqlamasında 9 fevral növbədənkənar parlament seçkilərindən sonra müxalifət qüvvələrinin situasiyaya uyğun yeni təşəbbüslərini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

Pənah Hüseynin sözlərinə görə, artıq müxalifət daxilində “Xalq parlamenti”nin formalaşdırılması təşəbbüsü irəli sürülüb:

“Bu formatda növbədənkənar parlament seçkilərində iştirak etmiş deputatlığa namizədlərin könüllülük prinsipi əsasında təmsilçiliyi təklif olunur. Belə bir formatın yaradılmasında məqsəd heç bir halda hakimiyyətin bir qolunun konstitusion funksiyalarını mənimsəmək deyil. Əgər bu formada təşkilatlanma baş tutarsa, o, əlbəttə ki, “rəmzi parlament” statusunda olacaq.

Səsvermənin nəticələrini qəbul etməyən deputatlığa namizədlər, seçkilərdə saxtakarlığın olduğunu bildirən ictimai xadimlər, o cümlədən, mən də daxil olmaqla, bir sıra partiya sədrləri bu təşəbbüsü dəstəkləyirlər. Başqa sözlə, bu əsasda 2010-cu il parlament seçkilərindən sonra formalaşdırılmış “İctimai Palata”nın yeni modifikasiyası yaradıla bilər.

Eyni zamanda, azad və ədalətli seçkilərin keçirilməsi üçün yeni koalisiyanın yaradılması da təklif və müzakirə olunan variantlar arasındadır. Fikrimcə, bu ideya geniş tərkibdə yox, daha məhdud çevrənin iştirakı ilə gerçəkləşə bilər. Açığı, bu variantla əlaqədar mövqelər tam müəyyənləşmədiyi üçün məndə olan informasiyaları ictimailəşdirməyə çətinlik çəkirəm.

Üçüncü variant isə ənənəvidir. Yəni, Xalq Cəbhəsi Partiyası və Milli Şura hələ ki gözləmə mövqeyi tutublar. Onlar hər zaman olduğu kimi, yenə deyirlər ki, kim mübarizə aparmaq istəyirsə, bizə qoşulsun, ya da özü mübarizəsini müstəqil qaydada davam etdirsin. Bununla belə, hesab edirəm ki, onların da fərqli taktika seçəcəkləri istisna olunmur.

Hər halda, yaxın günlərdə bu variantlarla bağlı müəyyənliyin yaranacağını düşünürəm”.(Yenicag.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar