Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn: “İsa Qəmbərin yeri boş deyil və orada özü oturub”

“Vəziyyətin dəyişəcəyi və digər liderlərin önə çıxacağı istisna edilmir”

Deputat Zahid Oruc “Yeni Müsavat”a müsahibəsində deyib ki, İsa Qəmbərin yeri uğrunda gedən döyüşü Əli Kərimlinin qazanmasını istəməyən Pənah Hüseyn və onun daxil olduğu partiyalar bloku ilə hakimiyyətin rəsmi dialoq və qarşılıqlı ünsiyyət kanallarının bərpa edilməsi siyasi məkanda pozulmuş düzənin yenidən tənzimlənməsi üçün əlavə resurs demək olardı.

Məsələyə AXP sədri Pənah Hüseynin münasibətini öyrəndik. Pənah Hüseyn öncə bildirdi ki, Azərbaycan siyasi səhnəsində İsa Qəmbərin yerini tutmaq məsələsi adlı problem yoxdur:

“Çünki birincisi, o yer boş deyil və orada İsa Qəmbərin özü oturub. İkincisi, zaman-zaman təbii müxalifət-iqtidar rəqabətini, qeyri-təbii müxalifət-müxalifət rəqabəti üstələyirsə, yəni müxalifətdəki liderlər və dəstələr ölkənin iqtidarı uğrunda yox, müxalifətin iqtidarı olmaqla məşğul olursa ki, biz son dövrə qədər həqiqətən belə siyasi patologiyanı müşahidə edirdik, hazırda vəziyyət dəyişmişdir. Müxalifət öz təbii rəqibinə, hakimiyyətə qarşı mübarizə aparır və müxalifətdaxili konsolidasiya müxalifətdaxili ziddiyyətləri üstələyir. Bunun obyektiv və subyektiv şərtləri olduğuna görə bu trendin davamlı və stabil olacağını güman etmək olar.

Mən son dövrdə bu tip suallara cavabımı təkrar edirəm. Konkret indiki situasiyada ictimai rəy Əli Kərimlini-AXCP, Milli Şuranı hakimiyyətin ən fəal əsas rəqibi hesab edir, yəni onların müxalifətçilik göstəricilərinə görə reytinqləri daha yüksəkdir. Hesab edirəm ki, bunu öz fəaliyyətləri ilə də haqq edirlər. 19 yanvar mitinqi bunun altını cızdı. Lakin bunu da əvvəllər demişəm, daha geniş kütlələr, təbəqələr, qruplar və fərdlər siyasi fəal proseslərə qoşulduqdan sonra bu sahədə vəziyyətin dəyişəcəyi və digər lider və siyasi dəstələrin önə çıxacağı da istisna edilmir, mənim fikrimcə, daha çox gözləniləndir".

Zahid Orucun qeyd etdiyi “düzənin yenidən tənzimlənməsi” məsələsinə münasibətə gəlincə, P.Hüseyn bunları dedi:

“Mən prinsip olaraq hansısa mətbuat müsahibəsi və ya statusdan, mülahizələrdən uzağa gedən nəticələr çıxarmağı qeyri-ciddi hesab edirəm. Lakin cənab Zahid Orucun sualınızdakı mülahizəsindəki, Azərbaycan siyasi səhnəsində balansın pozulması və tarazlığın bərpasının zəruriliyi kimi fikirlərin maraqsız və əhəmiyyətsiz olduğunu da demək olmaz. Ən azı ona görə ki, bu dəyərləndirmə, hər halda, iqtidar düşərgəsinə mənsub siyasətçi tərəfindən səsləndirilir. Məsələnin mahiyyətinə gəldikdə isə mən pozulmuş balansın və tarazlığın bərpasının taktiki manevr və gedişlərlə əldə olunmasının mümkün olacağını düşünmürəm. Ya iqtidar kardinal, fundamental, köklü islahatlara getməli, yəni yuxarıdan inqilab etməlidir, ya da əvvəl-axır aşağıdan inqilab olacaq. Əlbəttə ki, qlobal və regonal masştablı geopolitik sarsıntılar və inqilabların-rus işğallarının başlaması, yaxud Rusiyanın parçalanması, İranın işğalı və ya İran ekspansiyasının başlanması, Rusiya və Türkiyə ittifaqının formalaşması, ikinci Qarabağ müharibəsi və sairin-keyfiyyətcə fərqli situasiyalar yarada biləcəyini də nəzərdə tutmaq lazımdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar