Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn: “Etibar Məmmədov yalan danışır”


Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn AMİP lideri Etibar Məmmədovun “REAL TV”-yə 4 iyun qiyamı ilə bağlı verdiyi müsahibəyə sərt reaksiya verib


Strateq.az xatırladır ki, müsahibəsində E.Məmmədov deyib ki, AXC hakimiyyətinin Gəncədə əməliyyata hazırlaşdığı barədə əvvəlcədən məlumatı olub və iyunun 2-də Ali Sovetin iclasında bu barədə xəbərdarlıq edib.

Pənah Hüseyn isə E.Məmmədovun dedikləri ilə bağlı “Yeni Müsavat”ın suallarına cavabında onun söylədiklərinin ya faktların təhrifi, yaxud ümumiyyətlə, həqiqətə uyğun olmadığını bildirib: “1993-cü ildə onun guya Milli Məclisdə Gəncədə hakimiyyət tərəfindən nə isə hazırlanması barədə bizi xəbərdarlıq etməsi və bunun ağır nəticələr doğuracağı barədə xəbərdarlıq etməsi məsələsinə, tamamilə yalandır. O, Milli Məclisdə çıxış edib demişdi ki, guya Bakıda hərbi çevriliş hazırlanır və sübut olaraq da əlində hərbi hissələrin hərəkət planını,  o cümlədən AMİP qərargahını tutacağını əks etdirən məxfi sənəd olduğunu bildirib bunu göstərmişdi.

Sənədin surətini mənə də gətirdilər. Məlum oldu ki, Baş Qərargahdan N saylı hərbi hissəyə hərəkətə keçmə tarixi göstərilmədən bu məzmunda məktubu var.  Bu barədə məlumat aldıqdan sonra mən prezidentlə danışıb, müdafiə nazirini, baş qərargah rəisini və hərbi əks-kəşfiyyatın rəisini yanıma dəvət elədim. Çünki belə bir sənədin olması barədə məndə məlumat yox idi. Hərbi rəhbərlik məruzə etdi ki, bu tipli məktublar bütün hərbi hissələrdə var və yalnız Baş Qərargahdan xüsusi kod gəldikdən sonra açılır, hərəkət üçün rəhbərlik qəbul edilir. Konkret isə bu hərbi vəziyyət elan edildikdən sonra hərbi hisslərin hərəkət əmrindən ibarətdir. Sənəd tam məxfi hesab edilir və ola bilər ki, konkret hərbi hissədə xidmət edib başqa yerə keçmiş komandirin onun məzmunundan xəbəri olmasın. Biləcəridə yerləşən hərbi hissələrdən birinin Etibar bəyin özünün yaxını və ya partiyasının üzvlərindən biri olan, səhv etmirəmsə, İlqar adlı komandir hərbi və dövləti cinayət işlədərək həmin məxfi məktubu Baş Qərargahdan xüsusi çağrı kodu olmadan açmış və surətini Etibar Məmmədova vermişdi.

 O da bunu Milli Məclisin iclasında hərbi çevriliş planı kimi təqdim etmişdi. Hərbi vəziyyət elan olunduğu halda Müdafiə Nazirliyi hissələrinin hərəkət planını əks etdirən bu və bu tipli sənədlər hər bir dövlətdə, o cümlədən bizdə də həmişə və indi də var. Hərbi rəhbərlik həmin sənədin hazırlanması və təsdiqi barədə prezidentin də imzaladığı sənədi mənə təqdim etdi. Bu təsdiq mən xarici səfərdə olduğum müddətdə baş verdiyinə görə mənim ondan məlumatım olmamışdı. Etibar Məmmədovu dəvət edib ona da məsələ barədə bilgi verdik. Sonradan onun bu məsələni təkrar etdiyinə görə mən Milli Məclisin 8 iyun tarixli iclasında da burada dediklərimi söyləmişəm. Ancaq 25 il sonra mahiyyəti bilə-bilə yenə yalan informasiya səsləndirirsə, deməli, məqsəd başqa olub və indi də başqadır. Məsələ belə olub. Etibar Məmmədovun Milli Məclisdə elan etdiyi sənəd də bu idi. Bu sənədin Gəncə hadisələrinə aidiyyəti yox idi”.

P.Hüseyn xatırladıb ki, E. Məmmədov  onun dəvəti ilə Rəsul Quliyevlə birlikdə  iyunun 2-də  Nazirlər Kabinetinə gəliblər: “Mən onlara müdafiə nazirinin və baş qərargah rəisinin məlumatlarını bildirdim və məsələnin heç də Etibar Məmmədovun dediyi şəkildə olmadığını onun nəzərinə çatdırdım. Qazaxda olan hansısa hərəkətlilik barədə Etibar Məmmədov müavini Şadman Hüseynova istinadən məlumat verdi. Mən də məlumatın yanlış olduğunu dedim və ümumiyyətlə, ölkənin məsuliyyətli bir zamana daxil olduğunu, ciddi addımlar atılacağını, o cümlədən siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılacağını dedim. Təklif etdim ki, milli və dövlət mənafeyi naminə mane olmasın və mümkünsə bir neçə aylığa istəyirsə xaricə istirahətə getsin. 

 İkincisi, guya Gəncədəki məlum hərbi hissənin məhvi ilə əlaqədar xüsusi bir planın hazırlanması barədə deyilənlər çoxsaylı məhkəmələrdə sübut olundu ki, Gəncədə hərbi hissəyə hücumla bağlı heç bir plan mövcud olmayıb. Heç bir hərbi hissəyə hücum olmayıb və o vaxt bu barədə qiyamçılar, o cümlədən AMİP və Etibar Məmmədov tərəfindən deyilənlər qiyamın psixoloji və informasiya silahı ilə davamı idi. Əksini sübut etmək istəyirsə mən Etibar bəy, Surət Hüseynov və tərəfdarları (çünki hamısı qiyamda ortaq olublar), indiki iqtidarı və onun tərəfdarları ilə birlikdə  açıq debata dəvət edirəm”.

İsa Qəmbərin istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində görüş zamanı yazdığı barədə deyilənlərə gəldikdə, P.Hüseyn bildirdi ki, İsa Qəmbərin istefa ilə bağlı Etibar Məmmədovla müzakirə aparması haqqında onda məlumat olmayıb: “Bu barədə təxminən 15 il öncə Etibar Məmmədov özü mənə danışıb. Mən də bu haqda İsa Qəmbərə demişdim. Prinsipcə, yaranmış vəziyyətdə dövlətin taleyi ilə bağlı Ali Sovet sədrinin parlament üzvü, nüfuzlu müxalifət xadimi ilə o, hətta həmin dövrdə qiyama qarşısa da müzakirə aparmasında qeyri-təbii heç nə yoxdur. O cümlədən istefası və onun nəticələri barədə. Lakin guya istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində yazıb ona təqdim etməsi həm inandırıcı deyil, həm də həqiqətə uyğun deyil. 

Belə ki, İsa Qəmbər hələ iyunun 11-də Yevlax qiyamçılar tərəfindən tutulduqdan, 600 nəfər də orada bizimkilərdən əsir götürüldükdən sonra istefa haqda qərar qəbul etmişdi, mənimlə və prezidentlə bu barədə müzakirə aparmışdı. Həmin istefa ərizəsi də yazılı şəkildə Ali Sovetin rəhbərliyinə, konkret parlament sədrinin birinci müavini Tamerlan Qarayevə təqdim edilib qeydə alınmışdı. Bu barədə Tamerlan Qarayev Ali Sovetin canlı efirə gedən iclasında bəyanat vermişdi”.

P.Hüseyn qeyd etdi ki, Etibar Məmmədovun 1993-cü ildə heç bir dövlət vəzifəsi yox idi və buna görə də heç kəs birbaşa həmin qiyamın başlanması və hakimiyyət tərəfindən yatırılmaması üçün məsuliyyəti Etibar Məmmədovun üzərinə qoymayıb: “Etibar Məmmədovun qiyamın yatırılması üçün bilavasitə hansısa vəzifə səlahiyyətləri, öhdəliyi yox idi. Lakin qiyamın dövlətçilik, Azərbaycanın dövlət varlığı üçün təhdid olduğu ortada idi. Bu isə hakimiyyətdə olub-olmamaqdan asılı olmayaraq siyasi qüvvələrdən adekvat münasibət və addımlar tələb edirdi. Dövlətin belə bir anı hər bir siyasi qüvvənin üzərinə mənəvi, siyasi məsuliyyət qoyurdu. Etibar Məmmədov və partiyası isə o dövrdə qiyama qarşı hakimiyyət orqanlarının müqavimətini zəiflədəcək, ictimai rəydə gözdən salmağa yönəlik addımlar atırdı. 

Faktiki olaraq qiyam başlandıqdan sonra Etibar Məmmədovun yerlərdə olan partiya şöbələri qiyama dəstək verməyə başladılar. Etibar Məmmədovun müavini Şadman Hüseynovun rolunda bu özünün əksini açıq şəkildə tapmışdı. Qiyamçıları müdafiə edən bəyanatlar verilirdi. AMİP-in bir çox üzvləri tərəfindən hərbi müxalifətə dəstək xarakterli hərəkətlər edilmişdi. Etibar Məmmədov tərəfindən AMİP-in yerli təşkilatlarına hərəkətə keçmək barədə göstərişlər verildiyi haqda bizə məlumatlar daxil olmuşdu. Yəni faktiki olaraq, AMİP və Etibar Məmmədov qiyamın uğur qazanmasında, qiyamın respublikaya yayılması üçün siyasi ovqatın yaradılmasında felən iştirak etdilər. Buna görə məsuliyyətlərini kənara qoya bilməzlər. Bizim tərəfdən heç kəs onun üzərinə ”nə üçün qiyamı yatırmadın” kimi mənasız irad tutmur. Ümumiyyətlə isə maraqlı odur ki, Etibar Məmmədov nə üçün danışır və ya danışdırılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar