Bu gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunub
PİA.az xəbər verir ki, ondan "ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır” açıqlamasına dair izahat alınıb.
Pənah Hüseyn bir neçə gün bundan öncə Müsavat TV-də canlı efirdə "Aprel-may aylarında Azərbaycanın cənubunda və şimalında ciddi təxribatlar hazırlanır” məzmununda fikirlər səsləndirmişdi.
AXP sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. (BakuPost.az)
pia.az