Çərşənbə axşamı, 28 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pekin sanksiyalardan ehtiyat edir

ABŞ-ın məşhur “The Washington Post” qəzetində yayımlanan məqalədə Çinin yüksək texnologiyalarının Rusiyaya ixracatının mart ayında kəskin azaldığı yazılıb. Bunu ABŞ-ın ticarət naziri Djina Raymonda da təsdiq edib. Onun sözlərinə görə, Çin şirkətləri Amerika sanksiyalarından ehtiyat etdiklərinə görə, Rusiyaya ixracatı azaldıblar. Çin Rusiyaya ixracatı azaltmasaydı, Amerika Çin şirkətlərini müasir texnologiyalardan və proqram təminatından məhrum edəcəkdi. Pekin bu risqi proqnozlaşdıraraq yüksək texnologilayalar istehsal edən şirkətlərini Rusiya ilə ticarətdə ehtiyatlı olmağa dəvət edib.

Mart ayında Çindən Rusiyaya bilgisayarların ixracatı keçmiş aylarla müqayisədə 40 faiz azalıb. Çin istehsalı olan smarfonların Rusiyaya ixracatı təxminən 60 faiz, kommunikasiya vasitələrinin ixracatı isə 98 fazi azalıb. Çinlə yanaşı Cənubi Koreya da Rusiyaya yüksək texnologiyaların ixracatını azaldıb. Cənubi Koreyanın yüksək texnologiyalarının Rusiyaya ixracatı 60 faiz azalıb.
Beləliklə, Pekin Vaşinqtonla siyasət meydanında mübarizə apararaq Rusiyanı strateji tərəfdaş adlandırsa da, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları ilə hesablaşmaq məcburiyyətindədir. Yüksək texnologiyaların Rusiyaya ixracatı dayanmaq üzrədir. Bu, yaxın aylarda Rusiya sənayesi üçün ciddi problemlər yaradacaq.

Bu arada, Ağ Evdən yayımlanan açıqlamada, Çinin Rusiyaya Ukrayna savaşında dəstək verməsinə dair fakta malik olmadığı bildirildi. ABŞ prezidentinin yeni mətbuat katibi Karin Jan Pyerin sözlərinə görə, Çinin Rusiyaya maddi dəstək verməsinə dair sübutları yoxdur. Halbuki, Vaşinqtonda daha əvvəl belə fikirlər yayılırdı ki, Rusiya Ukraynada apardığı müharibədə rerusları tükəndiyi üçün Çindən silah və ərzaq yardımı istəyib. Pekin bu iddiaları təıkzib etmişdi.

Çinin Rusiyaya yardım etməsinə dair faktın olmadığını dövlət katibi Entoni Blinken də söyləyib. ABŞ prezidenti Co Bayden keçmiş aylarda Pekini xəbərdar etmişdi. Bayden bildirmişdi ki, Çin Rusiyaya hərbi yardım etsə və sanksiyalardan yayınmağa çalışsa bu Pekinə ciddi problemlər yaradacaq. Nəticədə Pekin bu xəbərdarlığı nəzərə almaq məcburiyyətində qaldı.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

Xəzər dənizi ilə bağlı həyəcan təbili: belə gedərsə... - Video

"Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək" - Paşinyan

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib

İcarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb - Foto

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Ritual Mobil Teatr Laboratoriyasından yeni layihə - Foto

Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

Ən çox oxunanalar