Cümə axşamı, 05 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Paytaxtda qəza törədən sürücü hadisə yerindən qaçıb - Video

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Taleh Rüstəmovun idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində T.Rüstəmov və onun sərnişini olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. 

Polis hadisənin təfərrüatını araşdırır. 

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qəza

loading...

Ən çox oxunanalar