Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu

Aylıq çərçivəsində paytaxtın bütün rayonlarında sakinlərlə təsdiq olunmuş qrafikə uyğun “Açıq qapı” günləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilib.

Aylıq çərçivəsində paytaxtın bütün rayonlarında sakinlərlə təsdiq olunmuş qrafikə uyğun “Açıq qapı” günləri keçirilib.

Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və ya qəsəbə mədəniyyət evlərində Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub, görüşlərdə sakinləri ən çox narahat edən sual və problemlər dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Aylıq ərzində paytaxt rayonlarında keçirilən “Açıq qapı” tədbirlərində sakinlər tərəfindən daxil olmuş müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, araşdirma aparlması və icrasi ilə bağlı tapşırıqlar verilib, aidiyyəti qurumlara müraciətlər göndərilib, tədbirlər planlarına əlavə edilib, həmçinin vətəndaşlara qaldırdıqları məsələ ilə bağlı müvafiq izahatlar verilib.

Daxıl olmuş hər bir müraciət nəzarətə götürülüb. 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar