Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxta təmizliklə bağlı iməclik keçirilib - Fotolar

Bakı şəhərinə yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib.
Ötən gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə təmizlik işlərinin həyata keçirilib. Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı şəhərində paytaxtın bütün kommunal və digər qurumlarının iştirakı ilə daxili iməclik təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən PİA.az-a verilən xəbərə görə, ilk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

İməclik günü Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sınmış ağacları budamış, digər lazımı işlər həyata keçirilib.

Qeyd edilib ki, ölkə başçısınin diqqət və qayğısı nəticəsində paytaxtın kommunal xidmətləri üçün lazımı xüsusi təyinatlı texnika və avadanlıq alınıb. Bu da onların gündəlik işinə böyük köməkdir.

Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcək.

Fotolar



pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar